Apr 11, 2019 09:11 Asia/Baku
  • Türkiyə Amerikaya hədə-qorxu gəlib
    Türkiyə Amerikaya hədə-qorxu gəlib

Türkiyənin xarici işlər naziri deyib: Əgər Amerika Türkiyəyə F-35 qırıcılarının və "Patriot" müdafiə sisteminin satışından çəkinərsə, Ankara bu məqsədlə Rusiyaya müraciət edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən əlavə edib: Rusiyanın S-400 raket müdafiə sisteminin satın alınması barədə müqavilə imzalanıb və Ankara bu sistemin satın alınmasından geri çəkilməyəcəkdir.

Türkiyənin Amerikanın yerinə, Rusiyadan qırıcı satın almaqla hədələməsi elə bir haldadır ki, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan da bazar ertəsi günü Moskvada öz rus həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması barədəki razılaşmanı qəti adlandıraraq, vurğuladı ki, Amerikanın təhdidinin bu müqavilənin icrasında heç bir təsiri olmayacaqdır.

Amerika son aylarda dəfələrlə Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması barədə Türkiyəyə xəbərdarlıq edibdir.

Amerika müdafiə nazirliyi- Pentaqon-un sözçüsü- Çarlz Sammers son zamanlar bir mətbuat konfransında bildirdi ki, S-400 raket müdafiə sisteminin satın alınmasının Türkiyə üçün təhlükəli nəticələri olacaqdır.

Türkiyəyə S-400 raket müdafiə sisteminin satılması haqda müqavilə 2017-ci ilin dekabrında imzalanıb.

Eyni zamanda 72 raket atmaq, həmçinin beş kilometrdən altmış kilometrədək məsafədən və iki kilometrdən 27 kilometrədək hündürlükdən taktiki və ballistik hədəfləri məhv etmək qabiliyyətinə malik olan S-400 hava hücumundan müdafiə sistemi dünyada ən modern müdafiə sistemlərindən hesab olunur.

Teqlər

Şərhlər