Sep 11, 2019 10:40 Asia/Baku
  • Ankara Suriyanın şimalında təhlükəsiz bölgə barədə Vaşinqtonu ittihamlandırdı
    Ankara Suriyanın şimalında təhlükəsiz bölgə barədə Vaşinqtonu ittihamlandırdı

Türkiyə Amerikanı vaxtı tələf etməkdə və Suriyanın şimalında sözdə təhlükəsiz bölgənin yaradılmasında fasilə yaratmaqda ittiham edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç ilə birgə mətbuat konfransında deyib ki, Amerikanın Suriyanın şimalında sözdə təhlükəsiz bölgənin yaradılması barədəki mövqeyi Türkiyənin əminliyinə səbəb olmur.

O, əlavə edib: Amerika PKK və YPG qüvvələri ilə əlaqələrinə görə, öz öhdəliklərinə və əsasən Mənbic yol xəritəsinə əməl etməyibdir.

Türkiyənin xarici işlər naziri deyib: Vaşinqtonun atdığı addımlar zahiri addımlar olubdur.

Türkiyə prezidenti də dünən bir çıxışda Amerikanı YPG-ni himayə etməyə səy göstərməkdə ittiham etdi.

Rəcəb Tayyıb Ərdoğan həmçinin Vaşinqtonun Suriyanın şimal-şərqindəki kürd qüvvələrə əlli min yük maşını formasında silah və təchizatlar göndərməsindən nigarançılıq edib.

Türkiyə və Amerika avqustun 7-də razılaşdılar ki, Suriyanın şimal-şərqində birgə əməliyyat mərkəzi və təhlükəsiz bölgə yaratsınlar. Türkiyə daim Suriyanın şimalında hadisələrlə bağlı nigarançılıq edib və Amerikanın YPG adlı kürd qüvvələrlə əlaqələrinin kəsilməsini istəyibdir.

 

Şərhlər