Oct 08, 2019 12:58 Asia/Baku
  • Türkiyə Suriyadakı birgə hava əməliyyatları mərkəzindən çıxarılıb
    Türkiyə Suriyadakı birgə hava əməliyyatları mərkəzindən çıxarılıb

ABŞ Müdafiə Nazirliyi Türkiyəni Suriyadakı birgə hava əməliyyatları mərkəzindən çıxarıb.

Amerika Müdafiə Nazirliyi Türkiyənin Suriyadakı birgə hava əməliyyatları mərkəzindən çıxarıldığını və nəzarət və kəşfiyyat məlumatlarının artıq Ankara ilə paylaşılmayacağını vurğulayıb.

Pentaqon eyni zamanda Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarına dəstək vermədiyini bildirib.

Ağ Ev də ABŞ-ın Türkiyənin Suriyanın şimalındakı əməliyyatında iştirak etməyəcəyi və ona dəstək verməyəcəyinə təkid edib.

 

Teqlər

Şərhlər