Oct 09, 2019 08:06 Asia/Baku
  • Türkiyə parlamenti bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatını uzadıb

Türkiyə parlamenti bu ölkə ordusunun İraq və Suriyadakı sərhədaşırı əməliyyatını daha bir il müddətinə uzadıb.

Türkiyə hökuməti bundan öncə parlamentə layihə təqdim edərək, bu ölkə ordusunun İraq və Suriyadakı əməliyyatının bir il müddətinə uzatmasını istəmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan şənbə günü Suriya kürdləri ilə mübarizə məqsədilə bu ölkənin şimalında hərbi əməliyyatına başlanacağından xəbər vermişdi.

Digər tərəfdən, İngiltərə və Fransa Türkiyənin Suriyanın şimalına hücumunun nəticələri haqda xəbərdarlıq ediblər.

İngiltərənin xarici işlər nazirinin müavini Andro Morison dünən bu ölkə parlamentinin aşağı palatasının fövqəladə iclasında deyib: Türkiyənin Suriyanın şimalına hücumu Qərbi Asiya bölgəsinin sabitliyini və İŞİD terror qrupunun məğlubiyyətinin uzunmüddətli zəmanəti üzrə səyləri təhdid edir.

Fransanın müdafiə naziri Florans Parli də xəbərdarlıq edibdir ki, Amerikanın bu ölkə hərbçilərini Suriyanın şimalından çıxarmaq barədəki qərarı bu bölgə kürdlərinə hücumda Türkiyənin əlini açıq qoyur.

Fransanın xarici işlər nazirliyi də Türkiyənin Suriyanın şimalına qarşı hücumunu İŞİD terror qrupu ilə mübarizə prosesi üçün bir təhdid kimi dəyərləndirib və Ankaranın bu hərəkətini birtərəfli və nigaranedici bir hərəkət adlandırıbdır.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın amerikalı həmkarı ilə telefon söhbətindən sonra Ağ Ev bildirdi ki, öz qüvvələrini Suriya və Türkiyə arasındakı sərhəd bölgələrindən uzaqlaşdırmaq istəyir. Türkiyə də bu ölkənin Suriya ərazisində hərbi əməliyyatının başlanacağından xəbər verdi.

 

 

 

Şərhlər