Türkiyə qüvvələri Suriya ərazisinə hücum edəcəklər
Türkiyə hökuməti bildirib ki, bu ölkənin silahlı qüvvələri "Suriya azad ordusu" adlandırılan qüvvələrlə yanaşı, Suriya sərhədlərini keçəcəklər.
Türkiyə prezident administrasiyasının ictimai əlaqələr idarəsinin müdiri Fəxrəddin Altun bu xəbəri yayaraq əlavə edib: "Suriya xalq müdafiə bölmələri"- YPG iki yoldan birini seçməlidir. Ya qaçmalı, ya da ki, Türkiyə ordusu onları İŞİD terror qrupunu məhv etmək üzrə səyləri qarşısında əngəl törətməkdən çəkindirəcəkdir.
Türkiyə ordusu dünən axşam Suriya sərhədlərində yerləşən bölmələrinə yeni təchizatlar göndərib. Eyni zamanda bu ölkənin müdafiə nazirliyi bir açıqlamada "Suriyanın şimalında təhlükəsiz bölgə və sülh keçidi" adlandırılan məsələnin həyata keçirilməsi məqsədilə Fəratın şərqində hərbi əməliyyata hazırlığın görülməsindən xəbər verib.
Belə bir şəraitdə Suriya hökuməti, həmçinin dünya ictimaiyyəti Türkiyənin bu hərəkətinin təhlükəli nəticələri haqda xəbərdarlıq ediblər.