İyun 23, 2020 11:40 Asia/Baku
  • Türkiyədə zəlzələ olub

Türkiyənin Cankırı rayonunda 4,2 bal gücündə zəlzələ olub.

SəhərAzəri Report-a istinadla xəbər verir ki,məlumatı “CNNTurk” yayıb.

Yeraltı təkanlar paytaxt Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat verilməyib. 

Qeyd edək ki, Cankırı Ankaradan 140 km şimal-şərqdə yerləşir.

Teqlər

Şərhlər