Avq 07, 2020 11:46 Asia/Baku
  • Türkiyənin bəzi bölgələrində karantin bərpa edilib

Türkiyənin 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən tətbiq edilməyə başlayıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bunu Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.

“Cümə günü saat 09:30 etibarilə 32 şəhərimiz, 4 qəsəbə, 37 kənd, 39 məhəllə və 3 yaşayış məntəqəsi olmaqla toplam 83 ərazidə karantin rejimi tətbiq edilməyə başlayıb. Karantinin tətbiq edildiyi yerlərdə ümumilikdə 54 053 nəfər yaşayır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ölkədə 68 şəhər, 5 rayon, 24 qəsəbə, 354 kənd, 352 məhəllə, 53 yaşayış məntəqəsi olmaqla toplam 788 ərazidə 623 766 nəfər karantinə alınıb.  

Teqlər

Şərhlər