Sen 25, 2020 19:09 Asia/Baku
  • Türkiyənin şimal-qərbində güclü zəlzələ ehtimalı nigarançılıq doğurur

Mərmərə dənizində və İstanbul qırılma nöqtəsi üzərində ardıcıl yeraltı təkanlar bu şəhərdə Rixter şkalası ilə yeddi baldan yuxarı zəlzələnin baş verməsi ehtimalını gücləndiribdir.

Səhər Azəri bildirir ki, Mərmərə dənizi və İstanbulda müşahidə edilən seysmik aktivlik ciddi narahatlığa səbəb olub.

Bir il bundan öncə elə bu günlərdə İstanbulun yaxınlığında, Mərmərə dənizinin dərinliyində Rixter şkalası ilə beş bal gücündə yeraltı təkan baş verdi.

Dünən gecə baş verən dörd tam onda iki bal güclü zəlzələnin episentri yenə də Türkiyənin ən böyük və ən izdihamlı şəhərini lərzəyə gətirdi.

Ekspertlər deyirlər ki, orta və nisbətən güclü yeraltı təkanlar İstanbul qırılma nöqtəsinin çatlaması və İstanbulda Rixter şkalası ilə yeddi bal gücündə və ya ondan yuxarı gücdə zəlzələnin baş verməsi üçün bir önzəmindir.

Bu barədə İstanbul universitetinin müəllimi Əhməd Ercana sualla müraciət etdik.

m.k- Bu yeraltı təkanların hamısı gələcəkdə güclü bir zəlzələ üçün bir xəbərdarlıq ola bilər. Bu zəlzələ hər an İstanbulda baş verə və ağır təsirlər buraxa bilər.

20 il bundan öncə Türkiyənin İzmit şəhərində Rixter cədvəli ilə yeddi tam onda altı bal gücündə baş verən zəlzələ də məhz bu qırılma nöqtəsinin üzərində baş verdi və 17 min nəfərin həyatına son qoyaraq, bölgənin 500 min nəfər sakinini evsiz qoydu. İndi oxşar zəlzələnin baş verməsindən nigarançılıq və yeraltı qırılma nöqtəsinin çatlamasından öncə İstanbulun köhnəlmiş strukturunu bərpa etmək üzrə yolların araşdırılması məsələləri müəyyən dairələrdə söhbət edilir.

m.k- Köhnə strukturun bərpası ilə bağlı qanunlar işlənib hazırlanıb, amma təəssüflə, yaxşı icra olunmayıbdır. Hazırkı şəraitdə infrastrukturların gücləndirilməsi üçün təcili tədbirlər görülməlidir.

Türkiyənin seysmik corğrafiyası adətən hər neçə ildən bir, dağıdıcı zəlzələlər yaşayır.

Seysmik qırılma nöqtələri zolağının miqyası Türkiyənin ən cənub-şərq bölgələrindən tumtuş ən şimal-qərb bölgələrinədək uzanır.

Eksperlərin qənaətincə, güclü Van və Alazıq yeraltı təkanları nəticəsində Türkiyənin cənub-şərq qırılma nöqtəsinin enerjisinin boşalması ilə/ indi güclü yeraltı təkanlar bu ölkənin şimal-qərb qırılma nöqtəsinə yönəlibdir.

Teqlər

Şərhlər