İyun 16, 2025 15:05 Asia/Baku
  • Ekspert: İsrail qurduğu tələyə düşdü

Türkiyənin CNN Türk televiziyası İranın raket qüdrətini dəyirmi masada müzakirəyə çıxarıb.

Hayfanın İran raketləri tərəfindən hədəfə alınması ilə bağlı analitik proqramda jurnalist Qaffar Yakınca deyib: "Dəmir Günbəz artıq Dəmir Günbəz deyil. O, dəmir çömçədir".Ekspertin sözlərinə görə, həm raketlərin sayı, həm də qabiliyyəti ilə bağlı İsrailin hesablamaları yanlış idi. İranın ilk atdığı raketlər 20-30 il əvvəl istehsal olunmuş raketlər olub. Ancaq hazırda İran ən müasir texnologiya ilə istehsal etdiyi yeni raketləri atmağa başlayıb. Türkiyəli ekspert sonra deyib: "Hayfanın əhəmiyyəti ondan ibarətdir ki, İsrail idxalının 30 faizini bu liman vasitəsilə həyata keçirir. Allah qoysa, İsrailə mal satan ölkələrin gəmiləri vurulacaq. Hayfaya raket zərbələri endirməklə İran İsrailin şah damarını vurur".