Okt 25, 2020 21:52 Asia/Baku
  • Türkiyədə Covid-19-la bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 72 nəfər ölüb.

SəhərAzəri xəbər verir, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, son 24 saatda 112 215 şübhəli koronavirus testindən keçib, onlardan 2017-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1744 nəfər olub, 1297 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 361 801  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9 799 nəfər ölüb.

Türkiyə Səhiyyə naziri əlavə edib: "Ağır və aktiv xəstə sayımız artmaqda davam edir. Bu gedişatı dəyişmək bizim əlimizdədir. Bir-birimizin haqqına hörmət etməli və qaydalara birgə riayət etməliyik".

Qeyd edək ki, Türkiyədə ümumi koronavirus xəstələrinin 40 faizi İstanbuldadır. Qabaqlayıcı tədbirlər çərçivəsində İstanbulun demək olar ki, bütün xəstəxanalarda COVID-19 mərkəzləri yaradılıb. Türkiyənin ən böyük şəhərlərindən olan İzmirdə də son 20 gün ərzində koronavirusa yoluxanların sayı 3,5 dəfə artıb.

Image Caption

 

Teqlər

Şərhlər