İyun 13, 2018 22:53 Asia/Baku
  • Azərbaycan öz torpaqlarının 11 min hektarını geri aldı
    Azərbaycan öz torpaqlarının 11 min hektarını geri aldı

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı sərhəd qoşunlarının baş qərargahı bildirib ki, Azərbaycan qüvvələri hərbi əməliyyatda NMR-nin Ermənistanla sərhədd bölgələrdəki ərazilərindən 11 min hektarını geri alıb.

İRİB-in Bakı ofisinin bildirdiyinə görə, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı  sərhəd qoşunlarının baş qərargahı bildirib ki, Azərbaycan ordusu bölmələri may ayının sonlarında bir hərbi əməliyyatda 1992-ci ildə Ermənistan hərbçiləri tərəfindən nəzarətə alınmış NMR-nin Şərur rayonunun Günot, Arpa  və Dərəliz kəndlərini geri alıb. 

Azərbaycan Respublikası hərbçiləri həmçinin Günot kəndinin yaxınlığında yerləşən  Ağ bulağ, Qızıl Qaya və Mehri dağ kimi strateji hündurlükləri də öz nəzarətinə alıb. 

Məlumatda 11 min hektar o sıradan əkinə yararlı olan 8 min hektar ərazinin Azərbaycan Respublikası qüvvələrinin nəzarətinə keçdiyi bildirilir və deyilir ki, 26 il müddətində öz doğma yürdlarından ayrı düşən  Günot kəndinin sakinləri öz kəndlərinə qayıdıblar. 

Bu məlumata cavab olaraq Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Havanisian Facebook səhifəsində yzıb ki, Ermənistan Azərbaycan Respublikasının Günot kəndi sakinlərinin öz ata-babalarının qəbirlərini ziyarət tələbi ilə razılaşıb və Azərbaycan bu fürsətdən yanlış məlumat çatdırmaq üçün faydalanıb. 

Teqlər