İyun 27, 2018 06:38 Asia/Baku
  • Bakıda parad keçirilib
    Bakıda parad keçirilib

Azərbaycan Respublikası ordusunun təsis olunmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikası prezidenti və bəzi ölkələrin hərbi komandanların iştirakı ilə Bakının Azadlıq meydanında hərbi parad keçirilib.

İRİB-in APA-ya istinadla verdiyi məlumata görə, 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi parada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar Azərbaycana gələn Türkiyə, Pakistan, Belarus, Bəhreyn, BƏƏ, Gürcüstan, İran İslam Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Səudiyyə Ərəbistanı və sionist rejimin nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri baxıblar.

Paradda Azərbaycan Respublikası prezidenti nitq söyləyib. O nitqində deyib: Azərbaycan Respublikası heçvaxt işğalla barışmayacaq və özünün ərazi bütövlüyünü bərpa edəcək. 

Teqlər