Noy 18, 2018 02:17 Asia/Baku
  • BMT Suriyanın Cövlana hakimiyyət haqqını təsdiqləyib

Dünən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Cövlan qətnaməsinin ilkin mətni səs çoxluğu ilə təsdiq edilib.

İRİB-in verdiyi məlumata görə, bu qətnaməyə 151 ölkə müsbət səs verib. 

Sadəcə Amerika və sionist rejim cövlan qətnaməsinin ilkin mətninə mənfi səs verib. 

Bu qətnamə Suriyanın Cövlan bölgəsinə hakimiyyətini təsdiqləyir və sionist rejimin bu ərazilərdəki bütün təşəbbüslərinin etibarsız olduğunu bildirir. 

Cövlan qətnaməsi BMT BA-nın 4-cü komitəsinin dünən araşdırdığı 9 qətnamədən biri olub. Başqa 8 qətnamə də Fələstinə dəstək mövzusunda və sionistlərin fələstinlilərə qarşı zorakılıqlarını pisləmək məqsədi ilə səsə verilib. 

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Əl-Cəfəri BMT BA-da Cövlan qətnaməsinin qəbul edilməsindən sonra deyib: Bu qətnamənin səs çoxluğu ilə qəbul edilməsi İsrailə birmənalı olaraq belə bir mesaja malikdir ki, Cövlanın işğalı qəbuledilməzdir və BMT nizamnaməsi və beynəlxalq hüquqa ziddir. 

Bəşar Əl-Cəfəri Cövlanın Suriya torpaqlarının bir hissəsi olduğunu vurğulayaraq bildirib ki, Dəməşq bu əraziləri istər dinc yolla istərsə də müharibə yolu ilə geri alacaqdır. 

Sionist rejim 1967-ci ildə Suriya torpaqlarından min 200 kvadrat kilometrini işğal etdi və bir müddətdən sonra bu bölgəni işğal olunmuş fələsitn ərazilərinə ilhaq etdi. Beynəlxalq ictimaiyyət heçvaxt bu ilhaqı rəsmən tanımadı. 

Teqlər