İyul 13, 2019 16:57 Asia/Baku
  • İran tankerinin ekipaj üzvləri azad ediliblər

Cəbəlüttariq yerli hökumətinin rəsmiləri dünən bu məntəqənin sularında müsadirə olunmuş İran tankerinin bütün dörd ekipaj üzvünü vəsiqə qarşılığında azad ediblər.

İngiltərənin dəniz qüvvələri iyulun dördündə qanunsuz bir hərəkətdə Cəbəlüttariq boğazında bir İran tankerini müsadirə etdilər.

İngiltərənin dəniz qüvvələrinin bu qanunsuz hərəkətinin ardınca bu ölkənin Tehrandakı səfiri iyulun 4-də İran İslam Respublikasının Xarici İşlər Nazirlyinə çağırıldı.

İran İslam Respublikası Xarici İşlər Nazirlyinin 3-cü Qərbi Avropa İdarəsinin müdiri bu çağırış gedişində həmin hərəkətin, özü də mövcud məlumatlara əsasən, Amerikanın istəyi ilə əsasında baş verməsinə görə, qəbuledilməz olduğunu bildirdi və qeyd olunan tankerin tez bir zamanda azad edilməsini istədi.

Amerika iddia edibdir ki, bu tanker Suriyaya xam neft daşımaqda imiş.

Amerika və sionist rejim Londonun dəniz quldurluğunu alqışlayıblar.

Teqlər