Birləşmiş Millətlər Təşkilatının insan haqları komissarı ABŞ polisinin davranışını qınayıb
https://azeri.sahartv.ir/news/dünya-i410822-birləşmiş_millətlər_təşkilatının_insan_haqları_komissarı_abŞ_polisinin_davranışını_qınayıb
Voker Türk: Tələbələrə qarşı zorakılığa son qoyulmalıdır!
(last modified 2024-05-01T04:34:12+00:00 )
May 01, 2024 08:30 Asia/Baku
  • Birləşmiş Millətlər Təşkilatının insan haqları komissarı ABŞ polisinin davranışını qınayıb

Voker Türk: Tələbələrə qarşı zorakılığa son qoyulmalıdır!

BMT-nin insan haqları komissarı Amerika polisinin Fələstin tərəfdarı olan tələbələrə divan tutmasından narahatlığını ifadə edib.

Volker Türk, Fələstin tərəfdarı olan tələbələrin nümayişlərinin yatırılması zamanı ABŞ təhlükəsizlik qüvvələrinin zorakı rəftarından narahat olduğunu vurğulayıb.

O, etiraz edən tələbələrin həbsinə və təhsilinə qadağa qoyulmasına işarə edərək, ABŞ-ın bir sıra universitetlərində hüquq-mühafizə orqanlarının bəzi qeyri-mütənasib hərəkətlərindən məyus olduğunu ifadə edib.

Volker Türkün sözlərinə görə, qanuni ifadə azadlığı hüququndan istifadə etmək zorakılıq və nifrətin qızışdırılması ilə eyni deyil.

ABŞ mediası ölkənin polis qüvvələrinin etirazçıları həbs etmək üçün bibər qazından istifadə etdiyini və izdihamı dağıtmaq üçün onları yerdə sürüdüyünü xəbər verir.