May 01, 2024 13:16 Asia/Baku
  • Aliməqamlı Rəhbər: Bu gün Qəzzə dünyanın ilk məsələsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qəzzəni dünyanın ilk məsələsi adlandırıblar.

Həzrət Ayətullahül-üzma Xamenei İranda Müəllimlər Günü münasibətilə ölkənin hər yerindən 3000-dən çox müəllimi qəbul ediblər.

Ali Məqamlı Rəhbər bu görüşdə buyurublar: "Bu gün Qəzzə dünyanın ilk məsələsidir; Sionistlər və onların amerikalı və avropalı havadarları Qəzzə məsələsini dünya ictimai rəyinin gündəmindən çıxara bilməzlər; Amerika və Avropa universitetlərinə baxın! Sionist rejimə təzyiqlər həddən artıq artmalıdır. 

O, Həzrəti əlavə ediblər: "Biz bu məsələnin beynəlxalq ictimai rəyin və dünya xalqlarının gündəmindən kənara çıxmasına imkan verməməliyik.

Zati-aliləri repressiv Amerika administrasiyasının və onun qurumlarının işğalçı İsrail reüjiminə qarşı çıxan etirazlara münasibətinə toxunaraq, amerikalı universitet tələbələrinin iğtişaş törətmədiyini, əksinə, öz fikirlərini dinc şəkildə ifadə etdiklərini söyləyiblər. 

Ali Məqamlı Rəhbər davamında buyurublar: "Amerika administrasiyasının bu davranışı İranın Amerikaya etibar etməmək mövqeyinin doğruluğunu sübut etdi və bir daha “Amerikaya ölüm” şüarının doğru olduğunu və Amerikanın sionistlərin törətdiyi cinayətdə şərik olduğunu vurğuladı. Onlar zaman-zaman Qəzzə xalqına qarşı rəğbət ifadə etsələr də, bu ifadələr yalandır və reallıqda onların hərəkətlərinə ziddir.

Qeyd edək ki, Bu gün 1 may İranda görkəmli şiə ruhanisi, professor və mühazirəçi mərhum Ayətullah Seyid Mürtəza Mütəhhərinin şərəfinə Müəllimlər Günü kimi qeyd edilir.

Teqlər