Fev 22, 2020 11:00 Asia/Baku
  • İran seçkilərində səsvermə bitib və səslərin sayılışı başlanıb
    İran seçkilərində səsvermə bitib və səslərin sayılışı başlanıb

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkilərinə səsvermə Tehran vaxtı ilə dünən saat 24-də başa çatıb və dərhal səslərin sayılışı başlanıb.

Bu seçkilər yerli vaxtla saat 18-də başa çatmalı idi, lakin xalqın seçkilərdəki geniş iştirakına görə, səsvermə müddəti dörd dəfə uzadıldı.

Səsvermə müddəti birinci və ikinci dəfə iki saat, üçüncü dəfə bir saat müddətinə bütün İranda, dördüncü dəfə isə bir saat müddətinə İranın bəzi vilayətlərində uzadıldı.

İranın bəzi seçki dairələrində səslərin sayılışı başa çatıb və nəticələr müəyyən edilibdir.

Səslərin sayılışı davam edir və qarşıdakı saatlarda iştirak miqdarı da elan olunacaqdır.

 

 

Teqlər