İyun 21, 2017 08:51 Asia/Baku
  • İnqilab Rəhbəri: Heç bir vəchlə amerikalılara etimad etməyin
    İnqilab Rəhbəri: Heç bir vəchlə amerikalılara etimad etməyin

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini qruplarının birliyini alqışayaraq xalq səfərbər qüvvələri İraqda mübarək, önəmli fenomen və iqtidar mənbəyi adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə axşamı günü günortadan sonra İraq baş naziri Heydər əl-İbadini qəbul ediblər: İran İslam Respublikası qonşu olaraq İraqın bir hissəsinin ayrılması üçün referendumun keçirilməsinə dair bəzi hay-küylərə qarşıdır və bu məsələni qıcıqlandıranları İraqın müstəqilliyi və mentalitetinin müxalifi hesab edir. 

İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edən İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Amerikalılar qarşısında ayıq-sayıq olmaq lazımdır, onlara heç bir vəchlə etimad ertmək olmaz. Çünki ABŞ və onun əlaltıları İraqın müstəqilliyi, mentaliteti və birliyinə qarşıdır. 

Həzrət Ayətullahülüzma Xamenei ABŞ və əlaltılarının Həşdüş-Şəəbi və ya Xalq Səfərbər Qüvvələrinə qarşı çıxmasına toxunaraq əlavə ediblər: Amerikalıların xalq səfərbər qüvvələrinə qarşı çıxmasını səbəbi budur ki, onlar İraqın öz önəmli iqtidar amilini itirməsini istəyirlər. 

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Heç bir vəchlə amerikalılara etimad etməyin. Çünki onlar zərbə vurmaq üçün fürsət ardıncadırlar. 

İslam İnqilabını Böyük Rəhbəri İraqdakı ixtilaf və iki dəstəliyin yaranmasını zərbə vurmaq üçün ABŞ-ın nəzərdə tutduğu fürsət adlandırıb və deyiblər: Bu fürsət onlara verilməməlidir. Eyni zamanda təlim və başqa məsələlər bəhanəsi ilə ABŞ hərbçilərinin İraq daxil olmasının qarşısını almaq lazımdır. 

İslam İnqilabının Böyük Rəhbəri amerikalıların İŞİD-ə qarşı çıxmasının real olmadığını qeyd edərək xatırladıblar: Amerikalılar və regionda ona tabe olan bəzi ölkələr İŞİD-i məhv etmək ardınca deyillər. Çünki İŞİD onların dəstəyi və pulu ilə yaranıb və onların əlində olan İŞİD-in İraqda qalmasında maraqlıdırlar. 

Teqlər