Avq 04, 2018 20:31 Asia/Baku
  • İran və Əfqanıstan tranzitin genişləndirilməsi haqda razılığa gəliblər
    İran və Əfqanıstan tranzitin genişləndirilməsi haqda razılığa gəliblər

İran İslam Respublikasının yol və şəhərsalma naziri Tehran və Kabil arasında dəmir yolu və şose yolu vasitəsilə tranzitin inkişaf etdirilməsinə dair anlaşmanın əldə olunduğunu bildirib.

İranın yol və şəhərsalma naziri Abbas Axundi şənbə günü Tehranda Əfqanıstanın nəqliyyat və aviasiya naziri Məhəmməd Həmid Təhmasibi ilə birgə mətbuat konfransında iki ölkə arasında əldə olunmuş anlaşmaya işarə edib və deyib: Tranzitin inkişaf etdirilməsi üçün iki ölkə arsında bir çox danışıqlar aparıldı və xərclərin azaldılması istiqamətində yaxşı nəticələr də əldə olundu.

Axundi həmçinin deyib: Hal hazırda İran və Əfqanıstan arasında gediş-gəliş üçün bir sıra rüsumlar alınır. Bu rüsumların bir hissəsi rəsmi, bir hissəsi isə qeyri rəsmidir. Bu günkü iclasda qərara alındaı kı, bütün qeyri rəsmi rüsumlar müəyyən edilərək, azaldılsın.

İranın yol və şəhərsalma naziri həmçinin İran, Hindistan və Əfqanıstan arasında tranzitin inkişaf etdirilməsi məqsədilə üçtərəfli anlaşmanın əldə olunduğunu bildirib və deyib: Çabəhar anlaşması üç ölkə arasında yeni nəqliyyat marşrutu yaradıb.

Teqlər