• Qüdsdə şəhadət; İsrail hərbçiləri bir fələstinlini güllələdilər

İsrail hərbçiləri bu gün cümə Qüdsdə bir yəhudi qadına bıçağla hücum etdiyi iddia edilən bir fələstinlini güllələyərək, şəhid ediblər.

İRNA-nın məlumatına görə, Aprel ayının əvvəlindən bəri Qüdsdə baş verən ikinci hücum halıdır.

Bundan öncə də bir fələstinli gənc soyuq silah ilə Qüds şəhərinin Babülvad məntəqəsində 3 sionisti yaralamaqda ittiham və sionist rejim hərbçiləri tərəfindən güllələnərək, şəhid edilmişdi.

İsrail hərbçilərinin fələstinlilərə qarşı cinayətlərinin artması və bu rejimin müsəlmanların müqəddəs məkanlarına qarşı təxribatlarının çoxalması, Ələqsa məscidini zaman və məkan baxımından bölməyə çalışmasının ardınca fələstinlilər 2015-ci ilin oktyabr ayından Qüds İntifazəsinə başlayıblar. Bu müddət ərzində 300-dən çox fələstinli şəhid edilib.

Apr 14, 2017 21:21 Asia/Baku
Şərhlər