Oct 05, 2016 16:06 Asia/Baku
  • Keçmiş erməni nazir “Rus NATO”suna rəhbər gətirilir

Keçmiş erməni nazir “Rus NATO”suna rəhbər gətirilir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ola bilər.

 

bu haqda informasiyanı Ermənistanın “Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet 14 oktyabrda KTMT dövlət başçılarının İrəvan görüşündə prezident Serj Sərkisyanın baş katib vəzifəsinə məhz onun namizədliyini irəli sürəcəyini bildirib.

 

Qeyd edək ki, KTMT-nin hazırkı baş katibi Nikolay Bordyujadır. Bundan öncə onun yerinə Seyran Ohanyanın gətiriləcəyi deyilsə də, keçmiş müdafiə naziri bu iddiaları təkzib edib.

 

Vaqarşak Arutyunyan əslən Gürcüstanın Samsxe Cavaxetiya bölgəsindəndir. O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Teqlər

Şərhlər