Noy 29, 2016 21:38 Asia/Baku
  • İmam Rza(ə) zəvvarları Məşhəd yolunda

Milyonlarla zəvvar, Məşhəd şəhərinə axın edərək, İmam Rzanın(ə) pak hərəmini üzük qaşı kimi dövrəyə alıb.

 

Hər il olduğu kimi bir çox əzadarlıq dəstələri səfər ayının son günlərini Məşhəddə olmaq üçün bu şəhərə doğru üz tutub.

 

İRİB-nin müxbiri:

Məşhəd şəhəri bir daha İmam Rzanın(ə) qəmində əzadarlıq edən milyonlarla zəvvarın şahididir.

 

Zəvvar:

Səfər ayının 28-də, İmam Rzanın(ə) şəhadətinin ildönümü günündə burda olmağı çox istəyirdim.

 

Zəvvar:

Ağa tələb etsin, biz hər il gələrik.

 

Zəvvar:

Mən çox şadam ki, ağa bizi tələb etdi və biz də Məşhədə gələ bildik.

 

İRİB-nin müxbiri:

Neçənci dəfədir ziyarətə gəlirsiniz?

Zəvvar:

İlk dəfədir

 

İRİB-nin müxbiri:

Bu günlər Məşhəddə olmaq istəyən bir çox xarici zəvvar da İrana səfər edib.

 

Zəvvar:

İmam Rzanın(ə) şəhadəti və əziz İslam peyğəmbərinin(s.ə.s) vəfatı münasibəti ilə gəlmişəm. Bundan sonra da gəlməyi düşünürəm.

 

Zəvvar:

Pakistandan gəlmişəm. İmam Rza(ə) üçün, ziyarət üçün gəlmişəm.

 

İRİB-nin müxbiri:

Çoxları bu gün burda olmaq istərdi.

 

Zəvvar:

Hamı üçün çoxlu dua etmişəm. İnşallah, hamıya qismət olar.

 

İRİB-nin müxbiri:

İmam Rzaya(ə) nə dedin?

 

Zəvvar:

Dedim ki, xəstələrə şəfa ver

 

Zəvvar:

Bütün xəstələr üçün şəfa diləyirik

 

İRİB-nin müxbiri:

İmam Rzanın(ə) pak hərəminin xadimləri də həmişə olduğundan daha artıq diqqətlə xidmət göstərirlər.

 

 Xadim:

Xas günlərdə İmamı ziyarətə gələnlərin sayının çox olmasına görə bizim də işimiz xeyli artmış olur.

 

Xadim:

İmam Rzanın(ə) zəvvarına xidmət etməkdən böyük zövq yoxdur.

 

İRİB-nin müxbiri:

İndiyə kimi mindən artıq əzadarlıq dəstəsi Məşhəd şəhərinə daxil olub.

 

Əlirza Rəşidiyan – Rəzəvi Xorasanı ostandarı:

İndiyə kimi 3 milyona yaxın zəvvar Məşhəd şəhərinə daxil olub. 150-160 min zəvvar piyada olaraq gəlib və müxtəlif mərkəzlərdə yerləşdiriliblər.

 

İRİB-nin müxbiri:

Deyilənlərə görə hələ 180 min zəvvar da piyada olaraq Məşhəd şəhərinə doğru hərəkət etməkdədir.

 

Teqlər