-
İran və Tacikistan prezidentləri strateji əlaqələri möhkəmləndirdi.
İyun 05, 2025 09:21İran və Tacikistan prezidentləri telefon danışığında iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi, razılaşmaların tam şəkildə həyata keçirilməsi və ortaq maraqlar əsasında mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər.
-
Pəzeşkiyan və Əliyev dostluq körpüsünü möhkəmlətdilər
İyun 05, 2025 09:19İran və Azərbaycan prezidentləri qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirdilər
-
Ərəfə gününə bir neçə saat qalmış zəvvarlar Mehran sərhədinə cəmləşdilər.
İyun 05, 2025 09:00Ərəfə günü yaxınlaşdıqca zəvvarlar yay istisinə baxmayaraq eşq yoluna qədəm qoydular.
-
Əl-Əhram: Əraqçinin Qahirəyə səfəri Misirlə İranı bir-birinə daha da yaxınlaşdırır
İyun 05, 2025 08:55Misirin nüfuzlu “Əl-Əhram” qəzeti İran İslam Respublikasının xarici işlər nazirinin Qahirəyə səfərinə toxunaraq yazıb: Abbas Əraqçinin bu həftə Qahirəyə etdiyi diqqətçəkici və rəmzi səfər, İran-Misir münasibətlərində dönüş nöqtəsinin əlaməti kimi qiymətləndirilir. Bir çox müşahidəçilər bu səfəri iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm addım sayır.
-
YUNİSEF: Qəzzə müharibəsində 40 mindən çox uşaq yetim qalıb
İyun 05, 2025 08:50BMT-nin Uşaq Fondu – YUNİSEF-in Fələstindəki sözçüsü Kazım Əbu Xələf, Qəzzə zolağında uşaqların vəziyyətinin getdikcə daha da acınacaqlı hal aldığını bildirib. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, müharibə nəticəsində 40 mindən çox uşaq valideynlərini itirib və bu say sürətlə artır.
-
Qalibaf: İmam Xomeyni təkcə bir millətin tarixini yox, həm də insanın oyanış yolunu dəyişdi
İyun 05, 2025 08:48Məhəmməd Baqir Qalibaf, Latın Amerikasına səfərinin dördüncü günündə – çərşənbə axşamı, 14 Xordad tarixində (Braziliya vaxtı ilə) – Braziliyada İran İslam Respublikasının qonşu ölkələrdəki səfirlərinin iştirakı ilə keçirilən İmam Xomeyninin vəfatının ildönümünə həsr olunmuş mərasimdə çıxış edərək bildirdi: İmam Xomeyni (r.ə) bir məktəbin memarı idi – elə bir məktəb ki, ağlı mənəviyyatla qucaqlaşdırdı və ədaləti dindarlığın və insanlığın əsası kimi cəmiyyətin qəlbinə gətirdi.
-
Pakistan: ABŞ-ın Qəzzədə atəşkəs qətnaməsini veto etməsi dünyaya təhlükəli mesaj verir
İyun 05, 2025 08:28BMT-də Pakistanın daimi nümayəndəsi Əsim İftixar Əhməd bildirib ki, ABŞ hökumətinin Təhlükəsizlik Şurasında Qəzzədə atəşkəs üçün qətnaməni veto etməsi insan hüquqları qanunlarına ziddir və Fələstinlilərə qarşı davam edən cinayətlərə birbaşa dəstəkdir. Bu, dünyaya təhlükəli bir mesajdır.
-
Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi
İyun 05, 2025 08:26Vatikanın mətbuat katibi Matteo Bruni bildirib ki, 14-cu Papa Leo Vladimir Putinlə telefon danışığında dialoqun əhəmiyyətini vurğulayaraq, Rusiya prezidentindən Ukraynada sülhün təmin olunması üçün tədbir görməyi istəyib.
-
2025-ci ilin həcc bəyanatı
İyun 05, 2025 08:16Müəzzəm Rəhbərdən 2025-ci ilin həcc bəyanatının bütöv mətni
-
Tramp Harvard universitetinin xarici tələbələrinə vizanı məhdudlaşdırdı
İyun 05, 2025 08:15ABŞ prezidenti Donald Tramp federal qanunların pozulmasını bəhanə gətirərək, Harvard Universitetinin beynəlxalq tələbələri üçün viza verilməsini məhdudlaşdırdı. Ağ Evin yaydığı məlumata görə, Harvardın yeni tələbələri üç növ qeyri-immiqrant vizası ilə ABŞ-a daxil ola bilməyəcək. Eyni zamanda, ABŞ-ın dövlət katibi Mark Rubioya göstəriş verilib ki, yeni bildirişə əsasən, hazırda ölkədə olan xarici tələbələrin vizalarının ləğv edilməsi imkanını araşdırsın.