Sionist rejimin başlatdığı müharibə onun öz əleyhinə işləyir
İsrail təklənir, İran dəstək qazanır
Vampir İsrail rejiminin 13 iyunda İran İslam Respublikasına qarşı başlatdığı müharibə işğalçı rejimin öz əleyhinə işləyir.
Sionist İsrail rejiminin İrana qarşı həyata keçirdiyi son hərbi təcavüz bu rejim üçün uğursuzluqla müşayiət olunur. Bununla əlaqədar bildirilir ki, cinayətkar rejimin İrandakı əsas strateji və hərbi obyektlərə qarşı zərbələri ciddi effekt verməyib. Belə ki, İran Silahlı Qüvvələrinin və hava hücumundan müdafiə sistemlərinin hücuma dərhal cavab verməsi İsrailin hərbi əməliyyatlarının effektivliyini məhdudlaşdırıb. Bəzi hallarda dron və raketlərin, hətta F-35 bombarmançı təyyarələrindən bir-neçəsinin vurulduğu qeyd olunur.Bu arada İranın son günlər cavab zərbələri özünü çox gözlətməyib və İran raketləri qəsbkar rejimin hərbi və iqtisadi infrastrukturunu hədəfə alaraq İsraildə böyük xəsarətlərə səbəb olub.Onu da bildirək ki, İsrailin hücumu regionda bu rejimin daha da təklənməsinə, və bunun əksinə olaraq İran İslam Respublikasına dəstəyin artmasına gətirib çıxarıb. Pakistan rəsmilərinin sərgilədiyi mövqe bu xüsusda ən çox diqqət çəkir.Pakistan prezidenti Asif Əli Zərdari İsrailin İran İslam Respublikasına qarşı aqressiyasını qəti şəkildə pisləyərək deyib: “İsrailin zərbələri İranın ərazi bütövlüyünün və suverenliyinin kobudcasına pozulmasıdır, həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinə qarşı etinasızlıqdır”.Pakistanın müdafiə naziri Xoca Məhəmməd Asif də İsrailin İrana hücumlarından sonra Milli Məclisdə çıxış edərək müsəlman ölkələrini vahid mövqe nümayiş etdirməyə çağırıb.Nazir bildirib ki, İsrailin son günlər İran, Yəmən və Fələstini hədəfə alması bütün İslam dünyası üçün ciddi təhlükə siqnalıdır: “Müsəlman ölkələri indi birləşməsə, hər biri eyni aqibətlə üzləşə bilər”.Asif həmçinin mövcud münaqişədə ölkəsinin İranın yanında olduğunu vurğulayıb.Pakistanın bu mövqeyindən ilhamlanaraq Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və bir sıra digər ölkələr də açıq şəkildə İsrailin təcavüzünü pisləyərək İran xalqı və dövlətinin yanında olduqlarını bildirmişlər.