İyun 16, 2025 13:12 Asia/Baku
  • Ərdoğan:  İranın nüvə münaqişəsinin həlli üçün diplomatik yolları asanlaşdırmağa hazırıq

Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığında bildirib ki, nüvə münaqişəsinin yeganə düzgün həlli yolu diplomatiyadır və Türkiyə bu məqsədlə, o cümlədən vasitəçi rolunu oynamaq üçün əlindən gələni etməyə hazırdır.

Türkiyə Prezidenti Trampın İsrail–İran münaqişəsinə son qoymaq və regionda sülh yaratmaqla bağlı son açıqlamalarını alqışlayıb və bölgəni alova qərq edə biləcək bir fəlakətin qarşısını almaq üçün dərhal hərəkətə keçməyin vacibliyini vurğulayıb.İsrailin İrana qarşı həyata keçirdiyi hücumların doğurduğu zorakılıq spiralı hər iki tərəfə dərin və əvəzolunmaz iqtisadi və mülki itkilər yaşatmışdır. Bu qarşıdurma, regionda sabitliyi ciddi şəkildə təhdid edən və bərpası asan olmayan ağır fəsadlara yol açmışdır.