May 26, 2023 16:09 Asia/Baku

Mayın 25-də Moskvada baş tutan görüşdə İlham Əliyevlə Nikol Paşinyan arasında söz deyişməsi olub

Mayın 25-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü oldu. Görüş Avrasiya İqtisadi İttifaqının Forumu çərçivəsində baş tutub.Rusiyanin "Kommersant" nəşri görüşdən əvvəl yazmışdı ki, Moskvada iki sənədin imzalanması gözlənilir. Lakin nəinki hər hansı sənəd imzalandı, üç ölkə lideri ənənəvi qaydada heç mətbuata bəyanat da vermədi. Üstəlik, görüşdən öncə Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında polemika yaşandı.

Paşinyan Əliyevin üçtərəfli razılığa əsasən, Ermənistanın Sünik bölgəsindən keçməli olan "Zəngəzur dəhlizi" (sənəddə yol kimi göstərilir) barədə sözlərini "ərazi iddiaları" adlandırdı. Əliyev isə bildirdi ki, "Zəngəzur dəhlizi" ərazi iddialarını nəzərdə tutmur, nəqliyyat kommunikasiyası mənasını daşıyır.Paşinyan da bildirib ki, Azərbaycan Laçın dəhlizini qanunsuz bağlayıb. Əliyev isə vurğulayıb ki, bu yolda nəzarət-buraxılış məntəqəsi dövlət sərhədində quraşdırılıb və heç də yol bağlanmayıb.