İranın kosmonavtika iqtidarının xronikası
İranın kosmonavtika iqtidarının xronikası
Verilişin müddəti : 00:03:00
Tarix : 2016/02/05
İranın kosmonavtika iqtidarının xronikası
Milli Kosmonavtika Günü İranda elə bir gündür ki, İran 14 bəhmən 1387-ci ildə "Ümid" peykini fəzaya göndərməklə fəzaya peyk göndərən ölkələr sırasına qoşulmuş oldu.
2010-cu il İranın kosmonavtika üzrə çiçəklənmə ili sayılır: İran tısbağa, soxulcan, siçan və hüceyrə nümunələrinə malik olan biokapsul daşıyan bir peyki fəzaya göndərməyə nail oldu.
Tlu, Misbah-2 və Nəvide Elm və Sənət peyklərinin təqdimatı habelə, Simorq peykinin ilkin nümunəsinin hazırlanması və İranın ilk kosmik fotoşəkillərin çəkilməsi mərkəzinin istifadəyə verilməsi və 3 boytlu kosmik laboratoriyanın təsis edilməsi də bu il əldə olunan nailiyyətlərdən sayılır.
2011-ci il İranda kosmonavtika texnologiyası sahəsində özünəinam ili sayılır: Zəfər, Rəsda, Fəcr peykləri, Səfir-1 peyki üçün düzəldilmiş mühərrik və Kavoşgər-4 üçün biokapsulun təqdimatı oldu.
2012-ci il İranda kosmonavtika sahəsi üzrə səylərin öz səmərəsini verdiyi il sayılır: Ümid və Rəsəd peykləri uğurla yerin orbitinə göndərildi. Bu peyklər İranın fotoşəkil çəkmək qabiliyyətinə malik olan ilk peykləri idi. Bu peyklərin layihələşdirilməsi, quraşdırılması və fəzaya göndərilməsi işlərinin hamısı yerli imkanlar hesabına həyata keçirilmişdi.
2013-cü il İranda kosmonavtika elminin inkişaf etdirilməsi ili idi: Nahid və Zöhrə peyklərinin nümunələrinin habelə, fəzaya göndərilən meymunun təqdimatının keçirilməsi.
2014-cü il İranda kosmonavtika fəaliyyətlərinin qızıl ili sayılır: İranın kosmonavtika üzrə alimləri ikinci kosmonavt meymunu biokapsul vasitəsi ilə fəzaya göndərməyə nail oldular. Bu meymun da yerə sağ-salamat dönməyi bacarmışdı. Malik Əştər Univestitetnin tələbələri tərəfindən düzəldilmiş "Xəlice Fars" rabitə peyki düzəldildi ki, bu peyk daha etibarlı rabitə sisteminin yaradılmasına imkan verirdi.
2015-ci il isə İranın kosmonavtika təşkilatının quruluşunda dəyişiklik ili idi: İranın Müdafiə Nazirliyini Fəcr peyki fəzaya göndərildi. Müdafiə Nazirliyinin bildirdiyinə görə, Fəcr peyki atıldığı andan yer kürəsini 48 dəfə dövr edib. İranın sərnişinli "Mak Ap" kosmik gəmisinin təqdimatı həyata keçirildi. Bu kosmik gəmi bir kosmonavtı fəzaya daşımağa qadirdir.