İİR XİN sözçüsünün mətbuat konfransı
İİR XİN sözçüsünün mətbuat konfransı
Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/08
İİR XİN sözçüsünün mətbuat konfransı
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Qafqazda vəhhabi qüvvələrin silahlandırılmasındakı rolu və Ərəbistan və İsrail rejimi ilə çox yaxın həmkarlığa malik olması, silahların köçürülməsinin xərcinin də Ərəbistan kralı tərəfindən çəkilməsi haqda Səhər telekanalının azəri kanalı müxbirinin sualına cavabda deyib: Sizin xas məsələniz araşdırılacaq və əgər müəyyən cəhətlər olarsa, ümumi fikrin nəzərinə çatdırılacaqdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari daxili və xarici müxbirlərlə mətbuat konfransında deyib: Amma sionist rejimin və regiondakı bəzi dövlətlərin siyasətləri region ölkələləri arasında ixtilaf və toqquşmaların şiddətlənməsi, ölkələrin daxili ixtilafları və region ölkələrinin sosial quruluşunun pozulması və hətta separatçılığa söykənən siyasətlərin izlənilməsidir ki, nəinki hədəf ölkələri olan xas ölkələrin milli maraqlarını hədəfə alır, həm də İran daxil olmaqla bütün region ölkələrinin maraqlarına mənfi təsirlər göstərir.
Cabiri Ənsari deyib: Dəfələrlə İran bildiribdir ki, regiondaxili toqquşmalar və region ölkələri arasında ixtilafların şiddətlənməsi, eləcə də ölkələrin daxili ictimai quruluşunun dağılmasına yönəlmiş hər cür addım ölkələr və dövlətlərin zərərinədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Ərəbistanın Suriyaya quru qoşunları göndərməsinə və onun Suriya böhranındakı təsiri haqda deyib: Bu günədək Suryada böhranın davam etməsi və şiddətlənməsinə bais olmuş siyasətlər onun həll yolu olmayacaq və regional və beynəlxalq bir məsələyə çevrilmiş bu böhran beynəlxalq mühitdə region sülhü və sabitliyini hədələyir.
Cabiri Ənsari əlavə edib: Böhrana düçar olmuş ölkələrdə hər bir addım ölkələrin suverenliyi, ərazi bütövlüyü və istiqlaliyyətlərinin qorunmasının nəzərdə tutulması ilə həyata keçirilməlidir və böhrana düçar olmuş dövlətlərlə razılaşmadan hər cür kənar addım yalnız onun şiddətlənməsilə nəticələnəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bəzi region ölkələrinin nüvə anlaşmasına münasibətləri və bu ölkələrin sabotajlarının davam etməsi haqda deyib: İran İslam Respublikasının nöqteyi-nəzərincə, nüvə anlaşması dünyada heç bir ölkənin əleyhinə deyil və təbii olaraq, İranla qonşu dövlətlərin maraqları əleyhinə də deyildir.
Caberi Ənsari deyib: Təəssüflə, İran ətrafındakı mühitdə yerləşən bəzi dövlətlər müxtəlif dəlillərə görə, beynəlxalq və regional səviyyələrdə zəiflik hiss etmək və ya zəifliklə bağlı müxtəlif dəlillərə görə, nüvə anlaşması ilə əlaqədar düşməncəsinə mövqe tutublar və elə hiss edirlər ki, İranın vəziyyətinin yaxşılaşması, eləcə də beynəlxalq və regional tənəffüsdə dəyişiklik və nüvə anlaşması ilə öncəki şərait onlar üçün xətərlər törədəcəkdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İranın bütün qonşu ölkələrdən istəyi budur ki, özlərinin qeyri-məntiqi qənaətlərinə son qoysunlar və əgər problemləri vardırsa, özlərinin daxili problemlərini xaricə aid etmək yerinə, onların aradan qaldırılması niyyətində olmuş olsunlar.
Caberi Ənsari deyib: Regiondakı bəzi ölkələr tərəfindən yürüdülən siyasət naqis bir siyasətdir. O, vurğulayıb: İran İslam Respublikası öz ətrafındakı dövlətlər və xalqlar üçün ümumi maraqlar, eləcə də regiondakı bütün xalqların xeyri və maraqlarının təmini ardıncadır və həmin siyasət çərçivəsində sabit hərəkət edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sərhədaşırı müxbirin Ərəbistanın Yəmənə qarşı hücumlarının genişlənməsi və İran və BMT-nin Yəmən böhranının həlli üzrə diplomatik səyləri haqdakı sualının cavabında deyib: İran ilə BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi arasında bir neçə dövr danışıqlar keçirilib, amma bəzi region ölkələrinin siyasətlərinə görə, bu danışıqlar nəticəyə çatmayıb.
Cabiri Ənsari vurğulayıb: İran İslam Respublikası Yəmən böhranının əvvəlindən bildiribdir ki, bu böhranın davam etməsi terrorizmin şiddətlənməsi ilə nəticələnəcək və bütün region ölkələrini hədələyəcək.