AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANA SƏFƏR EDƏCƏK
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANA SƏFƏR EDƏCƏK
Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/23
Azərbaycan prezidenti Tehran yolunda
Azərbaycan Respublikası prezidentinin İrana səfəri müxtəlif cəhətlər, xüsusilə də siyasi və iqtisadi əlaqələr səviyyəsinin yüksəldilməsi baxımından yüksək əhəmiyyət kəsb edir.
756 kilometrlik müştərək sərhəd, çoxlu mədəni və tarixi ortaqlıqları nəzərə alaraq İranın şimal qonşusu Azərbaycan Respublikası ilə münasibətlər səviyyəsi həmişə yüksələn xəttə malik olmuşdur. Belə ki, İlham Əliyevin İrana səfəri onun ötən iki ildə 3-cü rəsmi səfəridir.
İran və Azərbaycan prezidentlərinin müxtəlif iclaslardakı görüşləri, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müştərək iqtisadi komissiyaların keçirilməsi iki ölkənin əlaqələrin hərtərəfli genişləndirilməsinə digər bir nümunədir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri və Müştərək İqtisdi Komissiyasının azərbaycanlı sədri Şahin Mustafayev İlham Əliyevin İrana səfərini önəmli adlandırıb və deyib: Azərbaycan prezidentinin İrana səfəri şübhəsiz iki ölkə əlaqələrində çox təsirli olacaqdır. Bu səfərdə siyasi əlaqələrin gücləndirilməsindən əlavə, iki tərəf neft və qaz, enerji, nəqliyyat, kənd təsərrüfatı, xilasetmə və sənaye sahəsində investisiya sahələrində müzakirələr aparacaq və sənədlər imzalanacaq.
Bildirilir ki, Azərbaycan prezidentinin İrana olan ötən iki səfərində ümumilikdə iki tərəf arasında 8 əməkdaşlıq sənədi imzalanmışdır. Məlumatlara görə, bu səfər çərçivəsində isə iki tərəf arasında müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalanacaq.
Azərbaycan prezidenti İlham Əliyev Tehrana səfərindən öncə İRİB-ə verdiyi eksklüziv müsahibədə Azərbaycanın müstəqilliyindən sonra İranla bütün sahələrdəki münasibətlərini münasib adlandırıb və müxtəlif potensialların olmasına baxmayaraq iki tərəfin ticarət dövriyyəsinin az olmasına toxunaraq deyib: Bu səfərdə ticarət dövriyyəsinin artırılması üzrə qərar veriləcək.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də iki tərəfin qeyri-neft sektorundakı ticarət dövriyyəsinin hal-hazırda 500 milyon dollardan çox olduğunu bildirərək deyib: Əgər İranın Xəzər dənizində Şahdəniz qaz yatağındakı investisiyası və onun gəliri, həmçinin Naxçıvan Muxtar Respublikasına qaz xəttinə görə əldə olunan vəsaiti də hesablayarsaq, ümumilikdə iki tərəfin ticarət dövriyyəsi 1 milyard dollardan çox olur. Bu həcm iki tərəfin potensiallarını nəzərə alaraq bir neçə dəfə artırıla bilər.
Elektrik mübadiləsi, elektrik stansiyasının tikilməsi, Xəzər dənizində Şahdəniz qaz yatağında qaz istehsalında iştirak, qaz xətti mədəni, siyasi və turizm əlaqələrinin kənarında iki tərəfin hazırda etdiyi əməkdaşlıqlara daxildir.
İki tərəfin neft iqtisadiyyatına asılıqdan xilas olmaq üzrə iradəsini nəzərə alaraq, bu səfər iki ölkənin müxtəlif sahələr, xüsusilə iqtisadiyyat sahələrindəki əməkdaşlıqlarının güclənməsindən əlavə iki tərəfin əlaqələrində yeni səhifə aça bilər.