RUHANİ VƏ ƏLİYEV BİRGƏ MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR
RUHANİ VƏ ƏLİYEV BİRGƏ MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR
Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/24
İran və Azərbaycan Respublikası prezidentlərinin birgə mətbuat konfransı
İran İslam Respublikası prezidenti Tehran-Bakı əlaqələrini strateji və səmimi adlandırıb.
İranın Prezident Administrasiyasının rəsmi informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Tehranda iki ölkənin yüksək səviyyəli heyətlərinin birgə iclasında iki ölkə əlaqələrini strateji və səmimi adlandırıb və qarşılıqlı münasibətlərin hərtərəfli şəkildə inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsini vurğulayıb.
Həsən Ruhani bildirib ki, iki ölkə əlaqələri hər zamandakından daha çox yaxın və səmimidir və heç bir sahədə əlaqələr və əməkdaşlıqların inkişafı üçün bir maneə yoxdur. O, qarşılıqlı əlaqələr və əməkdaşlıqların müxtəlif sahələrdə genişləndirilməsi və əməkdaşlıq sənədlərinin imzalanmasından razılıq edib.
İran İslam Respublikası prezidenti bildirib ki, bu gün regionun şəraitinə əsasən, Tehran-Bakı əlaqələri strateji əlaqələr sayılır. O, deyib: Xoşbəxtlikdən, İran və Azərbaycan Respublikasının Müştərək Əməkdaşlıq Komissiyası fəal surətdə bu həmkarlıqların inkişafı yolunda səy göstərir və bütün sahələrdə imkanlar və potensialların tanınması ilə onları iki ölkə əməkdaşlıqlarının gücləndirilməsi istiqamətində işlətmək lazımdır.
Ruhani müştərək həmkarlıqların gücləndirilməsi üçün nüvə anlaşmasından sonrakı atmosferdən bəhrələnmənin vacibliyini vurğulayaraq, deyib ki, nüvə anlaşmasından sonrakı dövrdə qonşularla əlaqələrin genişləndirilib, möhkəmləndirilməsi ön planda durur.
İran İslam Respublikası prezidenti Azərbaycan Respublikasının daim İran xalqının nüvə hüququ və mövqelərini dəstəkləməsinə işarə edərək, deyib: İran İslam Respublikasının prinsipial mövqeyi, qonşu ölkələri himayə olub və qonşuların həmkarlığı və ərazi bütövlüyünün qorunması İran üçün əhəmiyyət kəsb edir.
Ruhani əcnəbilərin insan haqları daxil olmaqla müxtəlif bəhanələrlə ölkələrin daxili işlərinə qarışmalarını pisləyərək, onu rədd edib və belə söyləyib: Bu gün insan haqları məsələsi barədə Qərb tərəfindən ikili standartlarla üzləşirik və çalışmaq lazımdır ki, region məsələləri ilə rəftarda və onların həllində müştərək məntiq və aqilliklə addım atılsın.
İran İslam Respublikası prezidenti həmçinin vurğulayıb ki, İran və Azərbaycan Respublikası regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı başlıca məsələlərdə ortaq fikirə malikdirlər. O, regionda üç və çoxtərəfli əməkdaşlıqların genişləndirilməsi zərurətinə toxunaraq, onun stabillik, təhlükəsizlik, sülh və dostluğa səbəb olduğunu bildirib.
İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri əlavə edib: İran İslam Respublikasının nöqteyi-nəzərindən, Xəzər qonşularla dostluq dənizidir və bu sahədə əməkdaşlıqların genişləndirilməsi üçün iki ölkə arasında yaxşı müzakirələr keçirilib.
İran İslam Respublikası prezidenti habelə İran ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi vacibliyini vurğulayaraq, deyib: İki ölkə mərhəmətli İslamın, qardaşlıq və dostluğun gücləndirilməsini istəyir və bu yolda bir-birinin kənarında olacaq.
Ruhani söyləyib: İslam ifratçılıq və kobudluqla müxalifdir və islami ölkələr həm özləri, həm də digər ölkələr üçün İslamın mərhəmətliliyi müraciətinə malik olmalıdırlar.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu mətbuat konfransında İrana səfərindən məmnunluq ifadə edib, iki ölkə əlaqələrinin iftixarla inkişafda olduğunu dilə gətirərək, söyləyib: İran və Azərbaycan Respublikası ötən illərdə münasibətlərin inkişafında diqqətəlayiq irəliləyişlərə malik olublar və iki ölkə rəsmiləri ardıcıl olaraq bu əlaqələrin bütün sahələr və səviyyələrdə dərinləşdirilməsi yollarını axtarmaqdadır.
Azərbaycan Respublikasının prezidenti ölkəsinin İranla siyasi, iqtisadi və mədəni həmkarlıqlarını olduqca yaxşı səviyyədə adlandırıb və belə deyib: Müştərək tarix və mədəniyyət İran ilə Azərbaycan Respublikası arasında qırılmaz bir peyvənd yaradıbdır.