Sen 23, 2017 02:25 Asia/Baku
  • Ruhani: Ölkəmizi və xalqımızı müdafiə etmək üçün heç kimdən icazə almayacağıq

İran İslam Respublikası prezidenti İran xalqının daim sülh və təhlükəsizlik ardınca olduğunu və dünya məzlumlarını himayə etdiyini deyərək, vurğulayıb: Ölkəmizi və xalqımızı müdafiə etmək üçün heç kimdən icazə almayacağıq və heç bir qüdrət İranı müqavimət yolundan döndərə bilməz.

Verilişin müddəti : 00:03:00

Tarix : 2017/09/23

-------------------------------------------------

İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə günü Tehranda silahlı qüvvələrin parad mərasimində İranın silahlı qüvvələri və müdafiə qüdrətinin daim izzət və sülhüm möhkəmləndirilməsinə xidmət etdiyini deyərək, əlavə edib: İran öz hərbi qüdrətini heç vaxt digər ölkələrə təcavüz etmək üçün hazır etməyib. Əksinə, daim öz qüdrətini təcavüzkarlar qarşısında müdafiə üçün gücləndirib. 

Həsən Ruhani İranın hərbi qüdrəti və silahlarının ölkəni və regionu təcavüzkarlar və terrorçular qarşısında müdafiə etmək üçün olduğunu deyərək, vurğulayıb: İran xalqı ilə yanlış tonda danışan tərəflər bir zamanlar terrorçu qrupları yaradaraq, onları maliyyələşdirdilər, silahlandırdılar və onlara təlim keçdilər. Terrorçular isə Əfqanıstan, İraq, Suriya və Livanda günahsız insanların canına daraşaraq, onları qırğın etdilər. 

İran prezidenti daha sonra dedi: Hər gün region və dünya üçün problem yaradanlar və insanların azadlığını və sabitliyini pozmaq üçün öldürücü silah satmaları ilə fəxr edənlər və 70 il öncə xərçəng şişi kimi region xalqlarının canına düşən və region xalqlarına təcavüz edən sionist rejimini dəstəkləyənlərin əksinə olaraq, məzlumları himayə edən yeganə tərəf İran xalqı olub. 

Ruhani həmçinin, zorakı qüdrətlərə xitabən deyib: İstəsəniz də, istəməsəniz də Yəmən, Suriya və Fələstinin məzlum xalqlarını müdafiə edəcəyik. Və istəsəniz də, istəməsəniz də, müdafiə və hərbi qüdrətimizi hətta, raketlərimizi lazım olduğu qədər gücləndirəcəyik. 

Teqlər