Apr 30, 2018 17:15 Asia/Baku
  • Ermənistanda hökumət əleyhinə nümayişlər davam edir
    Ermənistanda hökumət əleyhinə nümayişlər davam edir

Ermənistan müxalifətindən minlərlə nəfər bu ölkədə hökumət əleyhinə nümayişlərin davamında İrəvanın mərkəzində bir neçə küçəni bağlayıbdır.

Ermənistan müxalifləri iki gün fasilədən sonra dünən axşam İrəvanda öz etirazlarını bərpa ediblər.

Ermənistan vətəndaş müahidəsi partiyasının və müxaliflərin rəhbəri olan Niko Paşinyan dünən öz tərəfdarlarından istəyibdir ki, İrəvan küçə etirazlarında fəal iştirak etsinlər və bu küçələri ümumi gediş-gəliş üçün bağlasınlar.

Paşinyanın sözlərinə görə, Ermənistandakı daxili siyasi böhran öz həllinə yaxınlaşıbdır.

Belə bir halda, Rossiya-24 telekanalının məlumatına görə, Ermənistan parlamenti yeni baş nazirin təyini üçün mayın birində iclas keçirəcək.

Ermənistan son on altı gündə anti-hökumət aksiyalarının şahididir.

Bundan öncə iki dövr üçün Ermənistan prezidenti olmuş Serj Sarkisyan ötən bazar ertəsi günü baş nazirlik vəzifəsindən istefa verdi.

Müxaliflər Sarkisyanı əsas qanunda islahatlar aparmaqla baş nazirliyə çatmaq və hələ də hakimiyyətdə qalmaq ardınca olmaqda ittiham ediblər.

Teqlər