May 03, 2018 22:41 Asia/Baku
  • Ermənistanda etirazlar dayandırılıb
    Ermənistanda etirazlar dayandırılıb

Ermənistana hakim partiyanın müxalifət lideri Nikol Paşinyanı baş nazir seçilməyə dəstəklədiyini elan etməsi ilə, Paşinyan tərəfdarlarından etirazları dayandırmalarını istəyib.

İSNA-nın məlumatına görə, Ermənistana hakim partiya ötən gün bir bəyanatda bildirib: Gələn həftə səsvermədə namizəd elan etməyəcək və parlament deputatlarının üçdə birinin dəstəyini qazanacaq namizədi dəstəkləyəcək. Beləliklə Paşinyan baş nazir vəzifəsinə yeganə namizəd olacaq.

Bu bəyanatın verilməsindən sonra, Paşinyan Ermənistan paytaxtı İrəvanda tərəfdarları qarşısında deyib: Məsələ praktiki olaraq həll olunub və etirazlar da dayandırılıb.

Paşinyan namizədlik anketini cümə axşamı günü rəsmən parlamentə təqdim edəcəyini deyib.

O həmçinin tərəfdarlardan gələn çərşənbə axşamı günü yürüş keçirərək onun qələbəsini dəstəkləmələrini istəyib.

Hakim partiya çərşənbə axşamı günü parlamentdə səsvermə zamanı Paşinyanın baş nazir seçilməsinə mane olmuşdu. Lakin ondan sonra, çərşənbə günü səsvermənin nəticələrinə qarşı irimiqyaslı etirazlar Ermənistanı praktiki olaraq iflic etmişdi.

Paşinyan Serj Sarkisyanın baş nazirlikdən istefa verməsinə və on illik iqtidar fəaliyyətinə son qoymasına səbəb olan hökumət əleyhinə etiraz aksiyalarına başçılıq etmişdir.

Beləliklə Ermənistan parlamenti 8 mayda bir daha baş nazirin seçilməsi üçün fövqəladə iclas keçiriəcək.

Teqlər