Tehranın cümə namazı xitabətçisi: Düşmənlər möhkəm zərbə alacaqlar
https://azeri.sahartv.ir/news/Özəl-i305882-tehranın_cümə_namazı_xitabətçisi_düşmənlər_möhkəm_zərbə_alacaqlar
Tehranın cümə namazı xitabətçisi: Düşmənlər möhkəm zərbə alacaqlar
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 05, 2018 02:05 Asia/Baku

Tehranın cümə namazı xitabətçisi: Düşmənlər möhkəm zərbə alacaqlar

Verilişin müddəti : 00:01:10

Tarix : 2018/05/05

-------------------------------------------------------------------------

Tehranın cümə namazı xitabətçisi: Düşmənlər möhkəm zərbə alacaqlar

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Amerikanın İrana qarşı hədələri və regiondakı bəzi rejimlərin onu müşayiət etmələri İranda vahimə yaratmayacaq, zira əgər onlar savaşa girərlərsə, məğlub və məhv olacaqlar.

Ayətullah Mohəmmədəli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, hazırda Amerika İrana qarşı hərəkətdə Avropa, Ərəbistan və sionist rejimi özünə qoşmaq ardıncadır.

O, əlavə edib: İslami İran güclüdür və dünya imperializmi ilə mübarizədə müqavimət göstərəcəkdir.

Tehranın müvəqqəti imamcüməsi Amerikaya və dünya imperializminə xitabən deyib ki, İran müqavimətli və qüdrətlidir və onların xəyali sərtlikləri ilə titrəməyəcəkdir.

O, habelə deyib ki, İslam küfr qarşısında dayanıb və İran fəxr edir ki, İslam bayrağını daşıyır.

Movəhhedi Kermani vurğulayıb: Amerika və onun müttəfiqləri bilməlidirlər ki, hər nə qədər haqq cəbhəsinin qarşısında dayanar və təhdid edərlərsə, əvəzində möhkəm zərbə alacaqlar.

---------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.