May 25, 2018 23:16 Asia/Baku
  • Putin və Makron nüvə anlaşmasının qorunmasına təkid etdilər
    Putin və Makron nüvə anlaşmasının qorunmasına təkid etdilər

Rusiya və Fransa prezidentləri İran ilə nüvə anlaşmasının qorunması və icrasına təkid ediblər.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin dünən axşam Sank Peterburqda keçirilən beynəlxalq İqtisadiyyat Forumunun kənarında Fransa prezidenti Emanuel Makron ilə birgə mətbuat konfransında nüvə anlaşmasının qorunmasına təkid edərək, Fransa və Avropa ölkələrinin bu anlaşma ilə bağlı mövqeyini alqışlayıb. 

Putin nüvə anlaşmasını ləğv etmək üçün hansısa səbəbin olmadığını deyərək, bu beynəlxalq anlaşmanın ləğv edilməsinin mənfi nəticələri barədə xəbərdarlıq edib.

Fransa prezidenti Emanuel Makron da bu mətbuat konfransında, ABŞ tərəfindən sanksiya edilmək ehtimalının olmasına rəğmən, Avropa şirkətlərinin İran ilə əməkdaşlıqları qorumaq niyyətində olduqlarını və nüvə anlaşmasının icrası ilə bağlı İrana zəmanətlərin verilməsinin vacibliyini vurğulayıb. 

Fransa prezidenti həmçinin deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına əsasən İran nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl edib. Buna görə də Avropa ölkələri də nüvə anlaşmasının qorunmasını istəyirlər. 

Tramp 8 may tarixində ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarının 3-6 aya kimi bərpa olunacağını bildirdi. 

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini isə dərhal Trampın bu qərarına etiraz edərək, AB-nin nüvə anlaşması çərçivəsində İran ilə əməkdaşlıqları davametdirəcəyini bildirdi. 

Britaniya, Fransa, Almaniya, Çin və Rusiya da İran ilə nüvə anlaşmasına sadiq qalacaqlarını elan ediblər. 

Teqlər