Azərbaycan Ermənistan baş nazirinin Qarabağa səfərini tənqid edib
https://azeri.sahartv.ir/news/Özəl-i313640-azərbaycan_ermənistan_baş_nazirinin_qarabağa_səfərini_tənqid_edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağa səfərini iki ölkə arasında müharibəyə çağırış adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 20:16 Asia/Baku

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağa səfərini iki ölkə arasında müharibəyə çağırış adlandırıb.

Azərbaycan Respublikasının Modern internet portalının məlumatına görə, XİN-in sözçüsü Hikmət Hacıyev deyib: Nikol Paşinyanın Qarabağa səfəri Ermənistanın münaqişənin həllinə siyasi yolla maraq göstərmədiyini əks etdirir. 

Ermənistanın yeni baş naziri ilk işgüzar səfərində Dağlıq Qarabağ bölgəsinə gedib və bu bölgənin Azərbaycan Respublikası ilə problemlərinin həllini rəsmi İrəvanın ən önəmli vəzifəsi adlandırıb.