İyul 04, 2018 11:59 Asia/Baku
  • Sionist təşkilatının rəisi etiraf edib: İllərdir suriyalı və iraqlı müxaliflərə kömək edirik
    Sionist təşkilatının rəisi etiraf edib: İllərdir suriyalı və iraqlı müxaliflərə kömək edirik

"İsrail"in bir təşkilatının rəisi etiraf edib ki, İraq və Suriyada terrorçulara və müxaliflərə illərlə kömək olunub. Lakin Suriyada əməliyyat onların bütün fəaliyyətləri ilə fərqli olmuşdur.

Fars xəbər agentliyinin məlumatına görə, sionist rejimin suriyalı terrorçu və müxaliflərə dəstəyinin açıq-aşkar hal alması ilə, yenilərdə bu rejimin bir qeyri-hökumət təşkilatı da bildirib ki, bir neçə il gizli şəkildə Suriyanın daxilinə yardımlar göndərilib. 

Sionist rejim ordusunun Cövlan yüksəkliklərində yerləşən suriyalı müxaliflərə yardım göndərməsi ilə bağlı gizli əməliyyatın ifşa olunması ardınca, işğal olunmuş Fələstində yerləşən Flayinq Ed qeyri-hökumət təşkilatının sədri Qal Laski deyib: Bu əməliyyatda göndərilən məhsullar onun qrupu tərəfindən təmin olunub. 

Yerusəlim Post qəzetinin yazdığına görə, Laski mətbuat konfransında başçılıq etdiyi təşkilatın ötən iki il ərzində sionist rejim ordusu ilə yaxın əməkdaşlığına toxunaraq deyib: Suriyalı müxaliflərə yardımlar həftədə göndərilirdi. 

O əlavə edib: Biz Pakistan, Sudan, İraq və başqa ölkələrdə fəaliyyət göstərmişik. Lakin Suriyada o qədər də adi deyildi. Çünki bizim üçün bir hadisə baş versəydi, İsrail və sionistlər də bizimlə birlikdə bataqlığa sürüklənərdi. 

4 gün öncə sionist rejim ordusu bir video-çarx yayımlayaraq bildirib ki, Cövlan yüksəkliklərindəki suriyalı müxaliflər üçün bir neçə ton müxtəlif yardım göndərilib. 

Teqlər