İyul 07, 2018 12:43 Asia/Baku
  • Nüvə anlaşması üzrə Vyana iclasının bəyanatı
    Nüvə anlaşması üzrə Vyana iclasının bəyanatı

Nüvə anlaşması üzrə birgə komissiya bir bəyanat yayaraq, İranla iqtisadi və maliyyə əlaqələri üzrə təsirli kanalların qorunması və davam etməsi vacibliyini vurğulayıb.

Nüvə anlaşması üzrə birgə komissiya dünən Vyanada keçirdiyi iclasın sonunda yaydığı bəyanatda İranla iqtisadi əlaqələrin qorunması, yüksəldilməsi və genişləndirilməsini vurğulayıb.

Bu bəyanat İranla anlaşma üçün maliyyə əlaqələri üzrə təsirli kanalların qorunması və davam etməsi; neft və qaz məmulatları, həmçinin neft və neft-kimya məhsulları ixracının, eləcə də gəmiçilik və sığorta daxil olmaqla dəniz nəqliyyatı, habelə quru, hava və dəmiryolu nəqliyyatının davam etməsi, ixracat krediti dəstəklərinin gücləndirilməsinə təkid edibdir.

Kiçik və orta şirkətlər xüsusiyyət təşkil etməklə İranla ticarət tərəfi olan iqtisadi fəalların aydın və təsirli şəkildə himayə olunmaları, İranda daha artıq investisiyaya təşviq, İranla müxtəlif ticarət və maliyyə fəaliyyətlərində və sərmayə yatırımlarında iqtisadi fəallara dəstəyin verilməsi, İranda investisiya və ticarətə real dəstək və Amerikanın sanksiyalarının ərazidənkənar təsirləri qarşısında şirkətlərin himayə olunmaları bu bəyanatın digər bəndlərindəndir.

Bu bəyanata görə, nüvə anlaşmasının üzvləri Avropa Birliyi ölkələrinə aid şirkətlərə dəstək məqsədilə Avropa İnvestisiya Bankı kreditlərinin İrana verilməsi üzrə lisenziyanın yenilənməsi və obstruktiv qanunu yeniləşdirmə prosesini izləyəcəklər.

Nüvə anlaşması ölkələri Vyana iclasının bəyanatında bir daha bu anlaşmanın tam və təsirli şəkildə icra edilməsi üzrə öhdəliklərinə təkid ediblər.

Nüvə anlaşmasına daxil olan ölkələrin xarici işlər nazirlərinin birgə komissiyasının ilk iclası cümə günü Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerinin, eləcə də İran, Almaniya, Fransa, Rusiya və Çinin xarici işlər nazirləri, həmçinin İngiltərə xarici işlər naziri müavinin iştirakı ilə Vyanada keçirilib.

Teqlər

Şərhlər