Amerikalı senator: Heç bir ölkə İrana qarşı sanksiyalara dəstək verməyibdir
-
Amerikalı senator: Heç bir ölkə İrana qarşı sanksiyalara dəstək verməyibdir
ABŞ senatının üzvü deyib ki, Tramp dövləti senatın xarici əlaqələr komitəsinə olan izahatlarında etiraf edibdir ki, indiyədək heç bir ölkə İrana qarşı sanksiyalara dəstək verməyibdir.
ABŞ senatının xarici əlaqələr komitəsinin demotkrat üzvü Kris Morfi deyib ki, bu ölkənin prezidenti Donald Tramp indiyədək İrana qarşı sanksiyalarla bağlı ölkələrin dəstəyini əldə etməkdə heç bir uğur qazanmayıbdır.
Amerika dövləti 2018-ci il mayın səkkizində nüvə anlaşmasından çıxdı və ondan sonra elan etdi ki, noyabrın dördünədək İranın neft ixracatını sıfıra endirəcəkdir.
Morfi bildirib ki, Tramp dövlətinin İranla nüvə anlaşmasından çıxmasının yeganə dəlili, Tehranı Trampın nöqteyi-nəzərincə, daha yaxşı anlaşmaya razı etmək üçün daha şiddətli sanksiyaların tətbiqi olubdur. O, əlavə edib: Heç bir ölkə indiyədək Ağ Evin İrana qarşı yeni sanksiyaları ilə razılaşmayıbdır.
Vaşintqon dünya ölkələrindən istəyibdir ki, Tehrana qarşı iqtisadi sanksiyaların bir hissəsi kimi İrandan neft idxalını sıfıra endirsinlər, amma bir çox dünya ölkəsi bildiribdir ki, Amerikanın istəyini yerinə yetirməyəcəkdir.