Türkiyə Azərbaycan R-nın hava qüvvələrinin döyüş qüdrətinin gücləndirilməsinə kömək edəcək
https://azeri.sahartv.ir/news/Özəl-i318397-türkiyə_azərbaycan_r_nın_hava_qüvvələrinin_döyüş_qüdrətinin_gücləndirilməsinə_kömək_edəcək
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyənin hava-kosmos sənayesi şirkətinin sərəncamçı müdiri Temel Kotil Bakıda görüşərək, Azərbaycan Respublikasının hava qüvvələrinin döyüş qüdrətinin Türkiyə vasitəsilə gücləndirilməsi barədə danışıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 24, 2018 14:29 Asia/Baku
  • Türkiyə Azərbaycan R-nın hava qüvvələrinin döyüş qüdrətinin gücləndirilməsinə kömək edəcək

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Türkiyənin hava-kosmos sənayesi şirkətinin sərəncamçı müdiri Temel Kotil Bakıda görüşərək, Azərbaycan Respublikasının hava qüvvələrinin döyüş qüdrətinin Türkiyə vasitəsilə gücləndirilməsi barədə danışıblar.

Görüşdə tərəflər aviasiya sahəsində hərbi-texniki əməkdaşlıqlar formasında ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkil olunması barədə müzakirə ediblər.

Azərbaycan Respublikasının hava qüvvələrinin imkanlarının gücləndirilməsi məqsədilə yeni tipli qırıcı və vertolyotlardan istifadə üçün birgə layihələrin icrası da bu görüşdə nəzərdən keçirilibdir.

Hərbi təlim kurslarının keçirilməsi, həmçinin hərbi ekspertlər mübadiləsi və təcrübənin ötürülməsi sahəsində əməkdaşlıq bu görüşdə qaldırılan məsələlərdən olubdur.

Azərbaycan Respublikası və Türkiyə hazırda müxtəlif hərbi sahələrdə, o sıradan müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi təchizatların təhvili, Azərbaycan Respublikası hərbçilərinin NATO standartları əsasında təlim keçmələri və bu ölkə ordusunda NATO standartlarının tətbiq olunması sahələrində həmkarlıq edirlər.