İranın müdafiə nazirinin müavini: Təcavüzkarlaın əllərini kəsərik
İran İslam Respublikasının müdafiə nazirinin müavini deyib: İran regionun istənilən nöqtəsində təcavüzkar düşmənin əllərini əzəcək gücə və qüdrətə malikdir.
İSNA-nın verdiyi məlumata görə, general-mayor Rza Təlayi Nik deyib: Amerika və sionist rejim regionda gərginliyə rəvac vermək, iqtisadiyyatda pozuculuq törətmək və sərhədlərdə xaos yaratmaqla savaşı İran sərhədlərinin daxilinə çəkmək istəyirlər. Amma, ötən illərdə olduğu kimi yenə də məğlub olacaqlar.
İranın müdafiə nazirinin müavini əlavə edib: İran regionda müqavimət cəbhəsinin dayaq nöqtəsidir və düşmən ötən beşildə İraq, Suriya və bütün regionda İran İslam Respublikası qarşısında məğlub olub və buna görə də qəzəblidir.
General-mayor Təlayi Nik həmçinin deyib: Bu gün İranın raketləri və hərbi təchizatları təhdidlər üzləşdiyi istənilən nöqtədə İrana ən güclü şəkildə, sürətlə reaksiya vermək və düşməni peşman etmək imkanı verir.
O, daha sonra Amerika və İsrail rejiminin vəkalət savaşında bütün imkanları ilə müqavimət cəbhəsi və İran İslam Respublikasına qarşı savaşda iştirak etdiklərini, amma, sonda məğlub olduqlarını deyərək, əlavə edib: Düşmənlər İranın regionda və dünyada müqavimətin əsas mehvəri olaraq özünü region də dünya xalqları üçün bir nümunə olaraq təqdim edə bilməsindən qorxurlar.