İyul 31, 2018 05:35 Asia/Baku
  • Səudlar Ərəbistanın bir hissəsini sionist rejimin ixtiyarına qoyublar
    Səudlar Ərəbistanın bir hissəsini sionist rejimin ixtiyarına qoyublar

Ərəbistan Təbuk məntəqəsindəki ərazisinin 16 min kvadrat-kilometrini dəniz və quru manevrləri keçirməsi və kimyəvi silahlar üçün bir anbar kimi istifadə etməsi üçün sionist rejimə ayırıbdır.

Ərəbistan bildiribdir ki, Təbuk məntəqəsi qadağan olunmuş məntəqədir; oradan hərbi məqsədlər və sionist rejimlə səud rejimi arasındakı həmkarlıq üçün istifadə olunacaq və bu məntəqənin yaxınlığında 500 milyard dollarlıq xərc ilə "Neom" şəhəri salınacaqdır.

Ərəbistan habelə bu qadağan olunmuş məntəqənin şəhərlərini, o sıradan Şərma, Muvəilə və Zəba yaşayış massivlərini boşaltmağı qərara alıbdır.

Bu qadağan olunmuş məntəqənin sərhədlərində Tiran və Sənafir kimi iki qeyri-yaşayış adası yerləşir. Ötən il Misir prezidenti Əbdulfəttah Əlsisi onun hakimiyyətini Ərəbistana verdi.

Media məlumatları həmçinin İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin bu sövdələşmədəki iştiraklarına işarə edirlər.

Belə görünür ki, Ərəbistanın sionist rejimlə əlaqələri genişləndirmək üzrə ifratçı addımlarında məqsəd, ümumi fikri səud rejimi ilə sionist rejim arasında tam əlaqələrin qurulmasını qəbul etməyə hazırlamaqdır.

Teqlər