EŞQDƏN VÜSALA - Qədir Xum bayramı mübarək olsun!
https://azeri.sahartv.ir/news/Özəl-i321113-eŞqdƏn_vÜsala_qədir_xum_bayramı_mübarək_olsun!
Bu gün Zilhəccə ayının 18-i, avqustun 30-u müsəlmanların böyük bayramlarından olan Qədir Xum bayramıdır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 29, 2018 15:41 Asia/Baku

Bu gün Zilhəccə ayının 18-i, avqustun 30-u müsəlmanların böyük bayramlarından olan Qədir Xum bayramıdır.

Verilişin müddəti : 00:50:00

Tarix : 2018/08/29

-------------------------------------------------------------------------

Qədir Xum Məkkə və Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafa(s.ə.s) vida həccindən geri dönərkən Qədir Xumda dayanaraq, hacılar qarşısında çıxış etmiş və Əlini(ə) müsəlmanların mövlası elan etmişdir. 

Həzrət Məhəmməd(s.ə.s) Qədir Xumda etdiyi çıxışında deyir: "Mən hər kimin mövlasıyamsa, bu Əli(ə) də onun mövlasıdır".

Qədir Xum bayramı İslam dininin təkmilləşdiyi gün olaraq müsəlmanların ən böyük bayramlarından biri sayılır. 

İslam ölkələrində olduğu kimi bu gün İranda da Qədir Xum bayramı münasibəti ilə insanlar dini məkanlara axın edərək, bu böyük bayramı qeyd edirlər. 

İran İslam Respublikasının Teleradio Təşkilatı da Qədir Xum bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edir. 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.