Sen 06, 2018 10:37 Asia/Baku

Amerikanın Xəzinədarlıq Nazirliyi dünən Pxenyana qarşı sərt addımların davamında Şimali Koreyadan bir şəxsə və bir şirkətə sanksiya tətbiq edib.

Verilişin müddəti : 00:01:40

Tarix : 2018/09/06

-------------------------------------------------------------------------

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın Xəzinədarlıq Nazirliyi Ş.Koreyadan olan şəxsi və şirkətin ABŞ-da bəzi hədəflərə qarşı kibernetik hücumlar planlaşdırmaqda ittiham edib. 

Amerikanın Xəzinədarlıq Nazirliyi iddia edib ki, sanksiya siyahısına daxil edilən şəxb və şirkət 2017-ci ildə WannaCry virusu ilə dünya o sıradan da ABŞ-ın kibernetik hücuma məruz qoyulmasında məsuliyyət daşıyır. 

Yeni sanksiyalara görə, sözü gedən şəxs və şirkətin əmlakı dondurulub, onlarla ticarət əlaqələri ABŞ vətəndaşlarına qadağan edilib. 

Son aylarda Ş.Koreya müxtəlif bəhanələrlə ABŞ tərəfindən yaxud Amerikanın vasitəsi ilə BMT TŞ və AB tərəfindən sanksiyalara məruz edilmişdir. 

Amerikanın Ş.Koreyaya qarşı son sanksiyası elə bir şəraitdədir ki, pxenyan son həftələrdə regionda sülhün reallaşması üçün bir çox təşəbbüslər həyata keçirib və hətta özünün nüvə sınaqları bazasını məhv edib. 

Amerika isə Dinqapur razılaşması əsasında heç bir konkret addım atmayıb. 

Şimali Koreya rəhbəri Kim Çen İn və ABŞ prezidenti Donald Tramp 12 iyunda Sinqapurda görüşdülər. İki tərəf bu görüşün sonunda bir sənəd imzaladılar . Həmin sənəd Pxenyanın nüvə silahından imtina etməsi və qarşılığında Amerikanın bu ölkəyə təhlükəsizlik təzminatları verməsini əhatə edir. 

Ş.Koreya rəhbəri 17 avqustda ABŞ-ın ölkəsinə qarşı sanksiyalarını kəskin qınadı və bildirdi ki, düşmənlər zalım sanksiyalar yolu ilə Ş.Koreya xalqını boğmağa cəhd göstərməkdədirlər. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər