Nəsrullah: Düşmən məğlubiyyətlərindən sonra bir daha İranın üstünə gedir
Livan Hizbullahının baş katibi deyib: Amerika, Britaniya və Səudiyyə Ərəbistanı islam inqilabı ilə qarşılaşmaq üçün əvəllindən məkirli planlar həyata keçirir və bu gün də bütün planları məğlubiyyətə uğradığına görə yenə İranın üstünə gedirlər.
Verilişin müddəti : 00:01:18
Tarix : 2018/09/07
-------------------------------------------------------------------------
İRNA-nın verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həhən Nəsrullah Livanda aşura mərasimlərini keçirənlər toplusunda etdiyi çıxışında deyib: Düşmənlər islamın imicini məhv etmək üçün vəhabilikdən ibarət saxta bir model təqdim edir və Əl-Qaidə və İŞİD kimi çirkin modelləri nümayiş etdirirlər və bütün bunlar Amerika, Britaniya və Səudiyyə Ərəbistanının işidir ki, dünya səviyyəsində məktəblər və universitetlərə milyardlar dollar sərmayə yatırırlar.
Nəsrullah deyib: Bu plan bütün region üçün hazırlanmış plandır və Allahın köməkliyi və islam inqilabının böyük rəhbərinin səbirli və agah olması nəticəsində məğlubiyyətə düçar oldu.
Livan Hizbullahının baş katibi deyib: İslam düşmənləri bkokadaları gücləndiriblər və İran İslam Respublikasının imicinə zərbə endirmək istəyirlər və xalqı etiraza məcbur etməyə cəh edirlər, digər tərəfdən İran və İraq xalqlrı arasında və İran xalqı arasında fitnə törətməklə öz niyyətlərinə nail olmağı planlaşdırırlar.
Lİvan Hizbullahıın baş katibi Livan və müqavimətin rolu barədə deyib: Hizbullah bu gün regionda əsas oyunçudur və bunun əsası da xalq bazasına malik olmaq və Hizbullah ilə Əməl Hərəkatı arasındakı vəhdətdən ibarətdir.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.