Ruhani: TŞ-nin iclası Amerikanın tək qaldığını göstərdi
İran İslam Respublikasının prezidenti deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsilzik Şurasının ABŞ prezidenti Donald Trampın sədrliyi ilə keçirilən iclası da göstərdi ki, Amerika tək qalıb və bütün ölkələr Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) dəstəklədilər, bir başa yaxud dolayısı ilə Amerikanın hərəkətinin düzgün olmadığını bildirdilər.
İİR prezidenti dünən Nyu-Yorkda BMT baş asambleyasının illik sesiyasının kənarında xarici mediyalarla mətbuat konfransında deyib: Son bir il ərzində regional və beynəlxalq məsələlərdə ən əsas məsələ Amerikanın BMT-nin təsdiq etdiyi neçə tərəfli razılaşmadan birtərəfli və qeyri-qanuni şəkildə çıxması olmuşdur.
İİR prezidenti deyib: dünya ölkələrinin rəhbərlərinin böyük əksəriyyətiTehranın ƏMTP-də qalmasını İran dövlətinin tədbirli olmasınin göstəricisi hesab edirlər, BMT baş asambleyasının bu ilki sesiyasında da dünya ölkələrinin rəhbərlərinin əksəriyyəti ƏMTP-ni diplomatiyanın nailiyyəti kimi dəstəklədi.
Ruhani deyib: Amerika İrana qarşı hərəkətində tək qalıb və ABŞ-ın ƏMTP-dən çıxması dünya ölkələrinin təsdiqi ilə yanaşı olmayıb və sadəcə az saylı bir neçə ölkə istisna olmaqla hamı bu hərəkətin böyük siyasi səhv olduğunu bildirirlər.
İİR prezidenti İranın raket proqramı barədə verilən başqa bir suala cavabda deyib: Nüvə sazişində raket adlı bir şey yoxdur, kimsə öz öhdəliyini ayaqlamaq istəyirsə səbəbi bu kimi bəhanələr deyil.
İİR prezidenti 4+1 qrupuna üzv ölkələrin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət koordinatorunun Nyu-York iclasına toxunaraq deyib: Bu iclasın bəyanatı Avropa, Çin və Rusiyanın ƏMTP-ni möhkəmləndirmək ardınca olduqlarını göstərdi.
İİR prezidenti Amerikan qüvvələrin Suriyadakı fəaliyyətləri barədə deyib: ABŞ beynəlxalq qanunlara zidd olaraq Suriyaya gəlib və Suriya dövləti də bu fəaliyyəti rədd edir, buna görə də Amerikanın Suriyadakı fəaliyyəti qeyri-qanunidir.
Ruhani İranın Amerika qüvvələri ilə regionun heç bir yerində müharibə niyyətində olmadığını bildirərək eyni zamanda xatırladıb: Amerika qanuna və ölkələrin milli hakimiyyətinə hörmətlə yanaşmalıdır.
İİR prezidenti həmçinin Livan Hizbullahının regiondakı rolu barədə deyib: Livan Hizbullahı İŞİD terrorçularını Livandan qovan qrupdur və Livan xalqı yeni təhlükəsizliyə görə Hizbullaha minnətdardır.
Ruhani bildirib: Livan Hizbullahı Suriya xalqının kənarında İŞİD-i Suriya ərazilərinin 97 faizindən qovdu. Terrorizm ilə mübarizə aparanların başqa yeri var, terrorçular bəllidirlər.
İİR prezidenti Fələstin məsələsi barədə deyib: Fələstin məsələsi regionda son dərəcə mürəkkəb məsələdir və bu gün regiondakı bir çox problemlərin kökü Fələstinin işğalı məsələsindən mənşə alır.
Ruhani deyib: 70 il öncə bu hadisə baş verməsəydi və Fələstin torpaqları sionistlər adlı bir qrup tərəfindən işğal olunmasaydı bu gün regionda durum başqa idi.
İİR prezidenti deyib: İran əvvəlindən Fələstinin hamisi olub, indi də belədir və hər il bir gün bu adla adlanır və İranın hər bir yerində əhali həmin gündə yürüş keçirir. Bir çox sahələrdə İran Fələstin xalqına mənəvi və maddi yardımlar göstərir.