Okt 02, 2018 20:51 Asia/Baku

Eşitmə qabiliyyəti olmayanların ümumdünya günündə öz dünyasını əlbəttə, bu ixtisas üzrə təcrübəli iranlı həkimlərin köməyilə əvvəlki və sonrakı hissələrə ayıran Karin adlı qız uşağı.

Verilişin müddəti : 00:03:14

Tarix : 2018/10/02

-------------------------------------------------------------------------

Karinin anası üç ildir ki, Karinin susmuş dodaqlarından çıxacaq səsin yolunu gözləyir.

Karin, mənimlə danış: Kaş, olsun, eşitsin, çağırım, desin; ana!

Dəfələrlə gözlərini anasının dodaqlarına dikmişdi. Bu gözlərlə həm görməlidir, həm də eşitməlidir.

Bu əllərlə həm işləmək lazımdır, həm də danışmaq: Biz çağıranda əgər oynamaqla məşğul olsaydı, əsla reaksiya göstərməzdi. Heç nə. Səs gəlirdi, televizorun səsi, vəssəlam.

Bura, İranın qərbində süni ilbizin yerləşdirilməsi mərkəzidir. Karinin öz həyatını əvvəlki və sonrakı hissələrə ayıracağı bir məkan: Salam, minnətdaram. Çox yaxşı bir əməliyyat oldu. Əlbəttə, ananın azacıq anadangəlmə eşitmə sistemi problemi vardı ki, əməliyyat bir az uzandı. Çünki xas bir metod ilə qulaq kanalından əməliyyat olunmalı idi: Uşağın qurğuya həssaslığı ona görədir ki, qulağına səs daxil oldu və əsəbini bir az təhrik etdi. Çünki ilk dəfə idi ki, uşaq ağladı.

Eşitmə üzrə ilbiz qurğusunun yerləşdirilməsi zərər çəkmiş eşitmə üzrə kistik hüceyrələri kəsmə yolla keçir və səsi elektron siqnallara çevirərək, eşitmə əsəbinə ötürür.

İndi iranlı həkimlərin eşitmə ilbizinin yerləşdirilməsi üzrə bacarıqlarının sədası xarici ölkələrin qulaqlarına da çatıbdır.

İran xaricindən gələn xəstələr də vardır ki, onların yatırılaraq, əməliyyat olunmaları barədə məşvərətlər də aparılbdır.

Hər il İranın on bir mərkəzində eşitmə ilbizinin yerləşdirilməsi üzrə təqribən 1200 əməliyyat həyata keçirilir ki, Karin kimi eşitmə qabiliyyəti olmayan uşaqların qulaqlarında həyatın səsi eşidilmiş olsun.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər