Çabahar terror aktı ilə əlaqədar 12 nəfər həbs edildi
https://azeri.sahartv.ir/news/Özəl-i330193-Çabahar_terror_aktı_ilə_əlaqədar_12_nəfər_həbs_edildi
İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin rəis müavini Çabahar terror aktıilə əlaqədar 12 nəfərin saxlanılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2018 20:55 Asia/Baku
  • Çabahar terror aktı ilə əlaqədar 12 nəfər həbs edildi

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin rəis müavini Çabahar terror aktıilə əlaqədar 12 nəfərin saxlanılmasından xəbər verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, general-mayor Eyyub Süleymani deyib: Çabahar terror aktının demək olar ki, bütün amilləri həbs ediliblər. 

İranın Nizam-İntizam Qüvvələrinin rəis müavini əlavə edib: Polis Çabahar terror aktının arxasında duran xarici amillərin də həbs edilməsi üzərində işləyir. 

Bir terrorçu kamikadze 6 dekabrda Çabaharda bomba quraşdırılmış bir pikap avtomobili ilə Çabahar şəhərinin polis qərargahına hücum etmişdi. Bu hadisədə 2 nəfər şəhid olmuş, 42 nəfər isə yaralanmışdı. Hadisədə xəsarət alanlar arasında qadın və uşaqlar da olub.