ABŞ, İranın Hörmüz boğazında qüvvələrinə raket hücumunu gizlədib
https://azeri.sahartv.ir/news/dünya-i423302-abŞ_İranın_hörmüz_boğazında_qüvvələrinə_raket_hücumunu_gizlədib
NBC News-un İranın Hörmüz boğazında bir gəmiyə raket hücumu nəticəsində 8 ABŞ dəniz piyadasının yaralanması barədə reportajı yayımlanıb. Halbuki, hücum baş verdiyi zaman Pentaqon hadisəni ictimaiyyətə açıqlamayıb.
(last modified 2026-09-28T12:15:45+00:00 )
Sen 28, 2026 16:11 Asia/Baku
  •  ABŞ, İranın Hörmüz boğazında qüvvələrinə raket hücumunu gizlədib

NBC News-un İranın Hörmüz boğazında bir gəmiyə raket hücumu nəticəsində 8 ABŞ dəniz piyadasının yaralanması barədə reportajı yayımlanıb. Halbuki, hücum baş verdiyi zaman Pentaqon hadisəni ictimaiyyətə açıqlamayıb.

NBC News üç ABŞ rəsmisinə istinadən bildirib ki, sentyabrın 14-də İranın gəmi əleyhinə qanadlı raketi Hörmüz boğazında bir gəmiyə dəyib və nəticədə gəmidə olan səkkiz ABŞ dəniz piyadası yaralanıb.Yaralananlardan yeddisi sıravi əsgər, biri isə zabit olub.Hücum və ABŞ hərbçilərinin yaralanması həmin vaxt ABŞ Müharibə Nazirliyi tərəfindən açıqlanmayıb. Hadisənin təfərrüatları təxminən iki həftə sonra NBC News-un reportajından sonra mediada gündəmə gəlib. Hətta sözügedən 8 dəniz piyadasının yaralanması barədə məlumat hücumdan təxminən 10 gün sonra ABŞ ordusunun rəsmi itki sisteminə daxil edilib.Hadisənin gizli saxlanılması elə bir halda baş verib ki, NBC News-un reportajı yayımlandığı vaxt ABŞ Müharibə Nazirliyinin dırnaqarası “Müdafiə İtkilərinin Təhlili Sistemi” döyüşlərdə 861 ABŞ hərbçisinin yaralandığını bildirirdi. Yaralanan 8 dəniz piyadası da gecikmiş qeydiyyat prosesindən sonra bu rəqəmə əlavə edilib.ABŞ rəsmilərindən biri məlumatların qeydə alınmasındakı gecikməni belə izah edib ki, bəzi xəsarətlərin simptomları hadisədən bir neçə gün sonra üzə çıxa bilər və sistem real vaxt rejimində yenilənmir. Bununla belə, sentyabrın 14-də baş verən hücum və 8 dəniz piyadasının yaralanması hadisəsi həmin vaxt Pentaqon tərəfindən ictimaiyyətə açıqlanmayıb.Bu məlumatın üzə çıxması ABŞ Müharibə Nazirliyinin döyüşlər zamanı amerikalı hərbçilərin verdiyi itkilər və məruz qaldığı zərərlər barədə necə məlumat yayması ilə bağlı suallar yaradıb. Xüsusilə də ABŞ mediası daha əvvəl hərbi məlumatların yayılmasına qoyulan məhdudiyyətlər və ABŞ qüvvələrinə edilən hücumların bəzi təfərrüatlarının gizlədilməsi barədə məlumat yaymışdılar.