Dek 22, 2018 19:24 Asia/Baku
  • Millət vəkilləri 45 kilometrlik sərhəd keçidinin bərpasını istəyiblər

İran İslam Respublikası İslami Şura Məclisində Gilan ostanının nümayəndələri, Astarada 45 kilometrlik sərhəd keçidinin bərpası ümün Azərbaycan Respublikası rəsmiləri ilə müzakirələrin aparılmasını istəyiblər.

İran parlamentində Gilan ostanının nümayəndələri toplusunun başçısı bu gün Astara sərhəd rayonu sakinləri üçün 45 kilometrlik sərhəd keçidinin ləğv edilməsinə toxunaraq deyib: Astara rayonunun sərhəd sakinləri iki ölkə arasındakı bütün siyasi və mədəni yüksəlişə öz töhfəsini verən 45 kilometrlik sərhəd keçidinin bərpasını istəyirlər. 

Dadaşi deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dərin mədəni, etnik, dil, siyasi və iqtisadi ortaqlıqlar mövcuddur. 

Dadaşi İran hökumətinin Azərbaycan Respublikası vətəndaşları üçün viza rejimini ləğv etdərək onların Astara sərhəd keçidindən asan şəkildə gediş-gəlişini təmin etməsinə toxunaraq deyib: Azərbaycan Respublikası dövləti isə indiyədək ən azından sərhəd sakinləri üçün oxşar şəraiti yaratmayıb. 

Astara rayonunun İslami Şura Məclisindəki deputatı İran ilə Azərbaycan arasında sərhəd sakinlərinin 45 kilometrlik gediş-gəlişi barədə razılaşmanın olduğunu xatırladaraq deyib: Azərbaycan Respublikası artıq altı ildir sərhəd sakinlərini bu imkandan məhrum edib. 

İranlı deputat Gilan ostanından olan millət vəkilərinin Azərbvaycan Respublikasında səfərdə məqsədin Astara sakinlərinə 45 kilometrlik keçid imkanının bərpası üçün müzakirələr aparmaq olduğunu bildirib. 

Parlametn üzvü iranlı deputatlarla Azərbaycan dəmiryolu şirkətinin prezidenti arasındakı görüşü xatırladaraq deyib: Bu görüşdə Astara sakinlərinin haqqını müdafiə etməyə səy göstərildi. 

Teqlər